Paylaş
Facebook Twitter Google+

Sələm yeyənlər bu dünyada da cəzalarını alacaqlar!

Ramal Əmiraslanov

2017-09-19 12:00:20 157 Üsuliddin Məad

İslami hədislərdən bu qənaətə gəlmək olur ki, sələm yeyənləri həm dünyada və həm də axirətdə ağrılı əzablar gözləyir. İmam Sadiq (ə) buyurur: “Sələm yeyən bu dünyada dəlinin taleyinə giriftar olar”. (Həvzəh)

Axirət cəzaları barəsində isə oxuyuruq: “Peyğəmbər (s) meracda olan zaman görür ki, bir dəstə insanın qarınları böyükdür və bu halda ayağa qalxır və müvazinətlərini itirmiş halda bir neçə addım atar və yerə yıxılarlar. Yenə ayağa qalxar və yerə yıxılarlar. Bu hal davamlı olaraq təkrar olar.

Həzrət (s) Cəbrayildən (ə) soruşur: “Bunlar kimlərdirlər?”.

Cəbrayil (ə) deyir: “Ya Rəsulallah! Onlar sələm yeyəndirlər”./Deyerler.

 

Bənzər Olanlar