Paylaş
Facebook Twitter Google+

Behiştin də, cəhənnəmin də açarı bu xislətə münasibətlədir?!

Ramal Əmiraslanov

2018-04-16 14:15:34 2187 Üsuliddin Məad

Hədislərin birində oxuyuruq: “Mehriban Allah behişti xəlq edən zaman Cəbrayilə (ə) buyurur: “Ona bax”.
Onu görən kimi deyir: “Allahım, heç kəs bu ali yerə göz yummaz”.

O zaman ki, behiştə çatmağın yolunu ibadətdəki əziyyətdə, şəhvətə səbirdə, günaha səbir etməkdə qərar verər, buyurar: “İndi ona bax”.
Baxan kimi fəryad çəkir: “Allahım, qorxuram ki, heç kəsin bu əzəmətli yerə və gözəl behiştə ləyaqəti çatmasın”.

O zaman ki, cəhənnəmi xəlq edir, Cəbrayilə (ə) buyurur: “Bax”.
Elə ki, nəzər salır deyir: “Heç kəs bura gəlməz ki, çox sərt və pis yerdir”.

O zaman ki, əzab şəhvətə bürünür, nida gəlir: “İndi bax”.
Deyir: “Allahım, qorxuram ki, bütün bəndələrin bu sərt yerə düçar olarlar”.

Həzrət Peyğəmbər (s) Əbuzərə nəsihət verən zaman buyurur: “Ya Əbuzər! Haqq – bütün sahələrdə ağır və acı, batil isə asan və şirindir. O qədər olub ki, bir saatlıq şəhvət uzun qüssəyə bais olmuşdur”. (Tebyan)

Beləliklə, insan şəhvətə nəzarət etsə - bu, behiştin açarıdır, nəzarət etməsə - cəhənnəmin açarı olur./Deyerler.

Bənzər Olanlar