Paylaş
Facebook Twitter Google+

Ölən şəxsin ruhunun şadlığı üçün görülməsi lazım olan tövsiyələr!

Yusif Əliyev

2015-03-23 04:44:57 1110 Üsuliddin Məad

Ölən şəxsin ruhunun şadlığı üçün rəvayətlərdə tövsiyə olunan müstəhəb əməllərdən bəzilərini qeyd edirik:
1. Ölünün niyyətinə sədəqə vermək. Bəni-Saidə qəbiləsindən birinin anası dünyadan getmişdi. O, Peyğəmbərin hüzuruna gəlib dedi: “Mən evdə olmadığım bir vaxt anam dünyadan getmişdir. Əgər onun tərəfindən bir sədəqə versəm, savabı ona çatacaqdır?” Həzrət buyurdu: “Bəli.
2. Quran oxumaq. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Hər kəsin yolu qəbiristanlıqdan düşsə və “Tövhid” surəsini on bir dəfə oxuyaraq savabını ölülərə hədiyyə etsə, ölülərin sayı qədər ona savab verərlər.”
3. Ölülərin niyyəti ilə yaxşı işlər görmək. İmam Sadiq (əleyhis-salam) buyurur: “Meyit üçün verilən sədəqə, edilən dua və yaxşılıq ona çatır və onun savabını həm o işi görənə, həm də meyitə verirlər.” “Hər müsəlman şəxs ölülərin niyyəti ilə yaxşı bir iş görsə, Allah-taala onun savabını bir neçə qat artırar və ölülər ondan bəhrələnər.”
4. Vəhşət namazı. Ölünün dəfn olunduğu birinci gecədə onun üçün iki rəktət vəhşət namazı (dəfn gecəsində meyitə hədiyyə namazı) qılmaq müstəhəbdir. Onun qaydası mərcəyi-təqlidlərin risalələrində qeyd olunmuşdur. Deməli, vəhşət namazını bütün gecələrdə yox, ölünün dəfn olunduğu birinci gecədə qılmaq müstəhəbdir. Hazırladı: Höccətul İslam Yusif Əliyev.

Mgeo.ge


Bənzər Olanlar