Paylaş
Facebook Twitter Google+

Quranda “Altından çaylar axan cənnətlər” ayəsi hansı mənanı ifadə edir?

Ramal Əmiraslanov

2018-07-18 21:27:18 3006 Üsuliddin Məad

İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. Bəqərə-25

İslaminSesi.info – Qurani Kərimin ayələri ifadə baxımından iki növ: möhkəm və mütəşabeh ayələrdir: “(Ya Rəsulum!) Sənə Kitabı nazil edən Odur. Onun bir hissəsi möhkəm, digər qismi isə mütəşabih ayələrdir.” (Ali-İmran-7)

Möhkəm ayələr mənası eşidən üçün tam aydın olan ayələr, mütəşabeh ayələr isə bir neçə mənaya təfsir edilə bilən ayələrdir.

Bu növ mütəşabeh ayələrdən biri də “Altından çaylar axan cənnətlər vardır” ayəsidir.(Bəqərə-25)

 

Cənnətin altından çayların necə axması, yaxud ayədə qəsd olunan həqiqi məna barəsində “hawzahnews” agentliyi Ayətullah Sistaninin dəftərxanasına sual ünvanlayıb. Cavab: Təfsiri-mizanda bu barədə deyilir:

Cənnət çoxlu sıx ağaclardan ibarət bir bağdır. Bizim bildiyimiz sıx abğlar kimi. Cənnət adlanmasının mənası öz sıxlığı ilə yerin üstünü örtməsi mənasındadır. (Cənnət “cinnə” sözündən olub örtmək, bükülü mənasındadır). Sız ağaclar yerin səthini altına alıb örtür, günəş şüalarından qoruyur. Bu səbəbdən altından axan çaylar kimi ifadə işlətmək doğrudur (normaldır).

Yox əgər yerdə bir qism ağac olarsa altından çaylar axan ifadəsini işlətmək məqsədə uyğun olmazdı. Necəki Quranda belə bir yer abad və rahat yer kimi qeyd olunur:

“Məryəm oğlunu (İsanı) və (bakirə) anasını bir möcüzə etdik. Onları abad (rahat) və axar sulu uca bir yerdə yerləşdirdik.” (Muminin-50)

Bu ayədə abad və axarsulu kimi vəsf edilib. Qeyd- (Altından çaylar axır ifadəsi sıx ağaclardan ibarət yerə aiddir)/ Yaşar Nuriyev

Bənzər Olanlar