Paylaş
Facebook Twitter Google+

Behiştə daxil olmaq və cəhənnəmdən xilas olmaq üçün 6 tövsiyə

Yusif Əliyev

2015-03-23 04:09:19 982 Üsuliddin Məad

Bir çox din alimlərinin kəlamlarında bəyan olunur ki, dünya, ona vaxt ayrımaq üçün heç bir dəyərə malik deyildir. Belə ki, Quran buyurur: “Bu dünya həyatı – aldadıcı maldan başqa bir şey deyildir”. (“Ali-İmran” 185).

Cavidan axirət həyatına əqidə bəsləmək bu varlıq aləminə rəng qatır. Əgər axirət olmasaydı, bu dünya həyatının heç bir hədəfi olmazdı. Dünənin uşaqları bu günün cavanlarıdır. Bu günün cavanları sabahın yaşlılarıdır. Sonra torpağa dəfn edilər, sanki heç həyatda olmamış kimi olar. Bəzən alimlərin evlərinin önündən keçən zaman yadımıza salırıq ki, o, sağ olan zaman burada nə qədər insan toplaşar və nə qədər səs-küy olardı. Lakin indi, hər yer sükuta qərq olmuşdur.
İmam Əlidən (ə) bu haqda nəql edirlər: “Sanki heç bir zaman bu dünyanın əhli olmayıblar, axirət evi həmişə onların evi olmuşdur”.

Elə dostlarımızı görürük ki, belləri bükülmüş və əsa ilə gəzirlər. Halbuki, cavanlığımızda necə də uzun boylu və qamətli insanlar idik. Nə qədər həyəcana və şövqə malik idik. Lakin bu gün üzümüzə qəm və qüssə pərdəsi çökmüşdür və sanki heç cavan olmamışıq kimi.

Elə bu halda Allahın bu kəlamını xatırlayırıq: “Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!”. (“Ənkəbut” 64).

İmam Əli (ə) bizlərə belə bir tövsiyə verir: “Dünya arzular evidir ki, tez məhv olar. Vətəndən köçmək qətidir. Dünya – şirin və xoş mənzərəlidir ki, sürətlə onu istəyənlərə tərəf gedər. Görənlərini aldadar. Çalışın ən yaxşı azuqə ilə ondan köçün. Ehtiyacınız olandan artığını ondan istəməyin”.

İmam (ə) başqa yerdə buyurur: “Agah olun! Dünya elə bir evdir ki, heç kim orada təhlükəsiz deyildir. Ancaq o kəsdən başqa ki, axirət azuqəsi toplayar. Dünya işlərindən heç kəs nicat tapmaz. İnsanlar dünyanın vasitəsilə imtahan olunarlar. Ona görə də dünyada onun üçün hər nə əldə etsələr, əllərindən çıxar və ona görə hesaba çəkilərlər. O şeyi ki, dünyada axirət üçün toplamışdır, ona çatacaqdır. Onunla qalacaqdır. Dünya – aqillərin nəzərində elə bir kölgədir ki, artmır, əksinə azalır. Hələ artmamış azalır”.

İmam Əli (ə) buyurur: “O kəsdə ki, altı sifət cəm olar, behiştə daxil olmaq və cəhənnəmdən qaçmaq üçün heç bir istəyi əldən verməz:
1. O kəs ki, Allahı tanıyar və itaət edər.

2. O kəs ki, şeytanı tanıyar, itaətsizlik edər.

3. Haqqı tanıyar və ardınca gedər.

4. Batili tanıyar və ondan çəkinər.

5. Dünyanı tanıyar və onu uzağa atar.

6. Axirəti tanıyar və onu istəyər”.

Bir nəfər İmam Əliyə (ə) deyir: “Ey Əmirəl-möminin! Dünyanı bizim üşün izah et”. Həzrət (ə) buyurur: “Mən sənə o evi necə izah edim ki, hər kim orada salamatdır, amanda deyildir. Hər kim orada xəstədir - peşmandır. Hər kim orada yoxsuldur - qəmgindir. Hər kim orada ehtyacsızdır - giriftardır. Halalında hesab və haramında əzab vardır”.

Belə bir vəziyyətdə dünya malı üçün bu qədər səy etmək nə üçündür? Bu toplamaq kimin üçündür? Bu qəflət haradan qaynaqlanır?
Əgər ətrafımıza diqqətlə baxsaq görərik ki, bəzi insanlar öz güclərinə görə o qədər qürurlanırlar ki, Allahı unudublar.

İnsanın moizəyə ehtiyacı vardır. İnsan gərək din alimlərinin məclisinə getsin və moizələrə qulaq assın. Bu zaman ürəklərdəki pas aradan gedər və səfa, günahın yerini alar. Çünki minbər və moizə insanları Allaha yaxınlaşdırar və qəflətdən ayıldar. Deyerler.

Mgeo.ge

ÖNCƏKİ YAZI

Bənzər Olanlar