Paylaş
Facebook Twitter Google+

Məkkəyə 40 dəfə piyada gedən möminin Həzrət Məhdi (ə.f) ilə görüşü

Ramal Əmiraslanov

2018-08-24 08:36:01 4084 Məhdəviyyət

Əllamə Məclisinin atası nəql edir: “Bizim zamanımızda Əmir İshaq Əstər Abadi adlı bir mömin və saleh insan var idi ki, Məkkəyə 40 dəfə piyada getmişdi. İnsanlar onu teyyul-ərz hesab edirdilər, yəni uzun yolu qısa vaxtda gedə bilən insan olduğunu düşünürdülər.

 

Günlərin birində o İsfahana gəlir və mən bundan xəbər tutan kimi, onu görməyə getdim. Halını soruşandan sonra ona dedim: “Sizteyyul-ərzsiniz? Çünki bizim aramızda o cür məşhur olmusunuz”.

 

Cavabında dedi: “İllərin birində karvanla həccə gedirdim. Elə yerə çatdıq ki, oradan Məkkəyə səkkiz və ya doqquz mənzil yol qalmışdı. Mən müəyyən səbəbə görə karvandan geri qaldım və əsil yolu itirdim və biçarə halda qaldım.

 

Susuzluq mənə o qədər qələbə çaldı ki, həyatdan məyus olub, bir neçə dəfə fəryad çəkdim: “Ya Əba Saleh! Bizi düz yola hidayət et!”.

 

Bu zaman uzaqda bir qaraltı gördüm və mənə yaxınlaşırdı. Lap yaxın gələn zaman gördüm ki, gözəl bir cavandır ki, əyninə təmiz paltarlar geyinmişdir. Dahi insanların simasına malikdir. Dəvəyə minmişdi və özü ilə su gətirmişdi.

 

Ona salam verdim və cavabımı alıb, dedi: “Susuzsan?”.

Dedim: “Bəli”.  Su qabını mənə verdi və mən də sudan içdim. Sonra dedi: “Karvana çatmaq istəyirsən?”.

Müsbət cavab verdim. Məni dəvəyə mindirdi və Məkkəyə tərəf hərəkət etməyə başladıq.

 

Mən adət etmişdim ki, hər gün Hirz Yəmaninin duasını oxuyum. Və mən bu duanı oxumaqla məşğul oldum. Onun bəzi cümlələrində həmin şəxs irad tutdu və dedi: “Bu cür oxu!”.

 

Bir qədər keçməmiş məndən soruşdu ki, buranı tanıyırsan?

Baxanda gördüm ki, Məkkədəyik.

Dedi: “Aşağı en!”. Mən aşağı düşən kimi o, geri qayıtdı və gözdən itdi. Bu zaman başa düşdüm ki, o, Həzrət Qaim (ə.f) imiş. Onu tanımadığım üçün çox təəssüfləndim.

 

Yeddi gün keçəndən sonra bizim karvan Məkkəyə gəlib çatdı.

Mənim sağ qalmağıma ümidini itirmiş karvan əhli, məni görən kimi təəccübləndilər. O gündən sonra insanlar arasında teyyul-ərz kimiməşhur oldum”./Deyerler.

Bənzər Olanlar