Paylaş
Facebook Twitter Google+

İmam Zamanın (ə.c) anası Nərciz Xatun (s.ə) nə zaman dünyasını dəyişmişdir?

Ramal Əmiraslanov

2019-04-27 08:25:29 1187 Məhdəviyyət

İmam Həsən Əsgərinin (ə) sevimli həyat yoldaşı olan Nərcis Xatunun adları çoxdur. O cümlədən: Məleykə, Həkimə, Susən, Reyhanə, Xəmət, Səqil.

Tarixçilərin nəql etdiyinə görə Nərcis Xatun Roma imperatorunun nəvəsi olmuşdur. Onun Roma sarayından Samirraya gəlişi və İmam Həsən Əsgəri ilə (ə) ailə qurması möcüzəvi şəkildə baş vermişdir. Xanım (s.ə), Həzrət Rəsuli-Əkrəmin (s) qeybi tövsiyələri ilə özünü əsirlərin arasında gizlətmiş və Samirraya gələrək, İmamla (ə) ailə qurmuşdur.

 

Nərcis xanımın İmam Həsənin (ə) şəhadətindən sonrakı həyatı barəsində çox az məlumatlar mövcuddur. Onun ölümü barəsində beş nəzər vardır.

1. İmam Həsənin (ə) yaxınlarından birinin nəql etdiyinə görə, Xanım İmamdan (ə) xahiş etmişdir ki, dua etsin və ölümü İmamın şəhadətindən (ə) əvvəl həyata keçsin. İmam (ə) da dua edir və o, həyat yoldaşından əvvəl vəfat edir.


2. Şeyx Səduq kimi böyük alimlər isə buyurur ki, xanım İmam Həsən Əsgəri (ə) şəhid olan zaman sağ idi və onun yatağının başında dayanmışdı.

3. Bəzilərinin dediyinə görə, Nərcis xanım o dövrün xəlifəsi olan Mötəməd Abbasi tərəfindən zindana atılmış və orada vəfat etmişdir.

4. Bəzi tarixçilərin dediyinə görə xanım Muqtədir Abbasinin dövründə vəfat etmişdir.

5. Bu banu 261-ci hicri ilində vəfat etmişdir.

Xanımın (s.ə) qəbri Samirra şəhərində, İmam Hadi (ə) ilə İmam Həsən Əsgərinin (ə) qəbrinin kənarında yerləşir.

Hər bir halda tarix bizə Nərciz xanımın vəfat tarixi ilə bağlı birmənalı məlumat verə bilməmişdir. (İslami saytlara istinadən)/Deyerler.

Bənzər Olanlar