Paylaş
Facebook Twitter Google+

İmam Mehdi (ə.c) hicri qəməri tarixi 255-ci ildə dünyaya gəlişini sübut edəcək dəlillər...

Ramal Əmiraslanov

2017-12-16 08:37:42 1513 Məhdəviyyət

Hansı amillər İmam Mehdinin dünyaya gəlişinin təvatür və yəqinliklə qəbul edilməsini təsdiqləyir? Mütəvatir xəbərin etibarlı olması yəqin əldə etmək üçün əsas cəhətlərdən biri hesab edilir. Buna görə də İmam Mehdinin (ə.f) doğulması mövzusunda yəqinə çatmaq üçün aşağıdakı amillər nəzərə alınır:
1. İmam Mehdinin (ə.f) dünyaya gəlişi və bunula bağlı müjdəverici (insanları müjdələyən) xəbərləri uyğun (mütabiq) dəlillə sübut edilən hədislər. Onların toplusu 214 hədisdən ibarətdir (“Kəmalud-din” səh.407-408, 424-426 və 430-433).
2. İmam Mehdinin (ə.f) doğum ili barədə nəql edilmiş hədislər (“Biharul-ənvar”, c.51, səh.422).
3. İmam Mehdinin (ə.f) fərdi xüsusiyyətləri ilə əlaqədar qeyd edilmiş hədislər (“Kəmalud-din”, səh.475, “Əl-Ğeybət”, Tusi, səh.298). 
4. İmam Mehdinin (ə.f) İmaməti barədə nəssə (sabit mətn) aid olan hədislər (“Kəmalud-din”, səh.435).
5. Həmin ilahi şəxsə istinad edilən məktublar. Bu məktubların sayı onlarlarladır ki, bu haqda gələcək məqalələrdə danışacağıq.
6. Bəni-Abbas hakimiyyəti tərəfindən İmam Mehdini (ə.f) ələ keçirmək və onu qətlə yetirmək kimi siyasi təzyiqlərin müşahidə edilməsi.
7. Qısamüddətli qeyb dövründə dörd naibin varlığı və insanların onlar vasitəsi ilə İmam Mehdi (ə.f) ilə əlaqə saxlamaları.
8. Müxtəlif ölkə və şəhərlərdə İmam Mehdi (ə.f) tərəfindən təyin edilmiş vəkillər.
9. İmam Mehdini (ə.f) görmək və onunla görüşmək şərəfinə nail olan bir qrup insan.
10. İmam Mehdi (ə.f) tərəfindən göstərilmiş möcüzələr. Bunlar bir sıra kitablarda qeyd edilmişdir.
11. İmam Həsən Əskərinin (ə) oğlunun dünyaya gəlməsi barədən nəsəbşünas alimlərin etiraf etməsi.
12. İmam Mehdinin (ə.f) doğulması və onun varlığı barədə şiə alimlərinin yekdil rəyə gəlməsi (həmrəy olması).
13. İmam Mehdinin (ə.f) doğulması barədə tarixçilərin açıqlaması.
14. İmam Mehdi (ə.f) tərəfindən səfir təyin edildiyini iddia edən yalançılar.
15. İmam Mehdinin (ə.f) doğulması barədə hər bir məsumun şahadət verməsi.

SONRAKİ YAZI

Bənzər Olanlar