Paylaş
Facebook Twitter Google+

40 dəfə piyada Həccə gedən, İmam Zamanla (ə) görüşən Əmir İshaq Əstər Abadi

Yusif Əliyev

2015-03-14 15:49:32 2439 Məhdəviyyət

110 cildi Hədis kitabının müəllifi, Əllamə Məhəmməd Baqir Məclisi (ə) deyir:

Atam “Molla Məhəmməd Təqi Məclisi” mənə dedi: “Bizim zamanımızda Əmir İshaq Əstər Abadi (İranın indiki Qorqan şəhərinin qədim adı Əstər Abad olmuşdu) adlı çox ixlaslı və şəxsiyyətli bir şəxs var idi.  40 dəfə piyada Məkkəyə getmişdi. Camaat arasında yayılmışdı ki, onun teyyul ərz duası var idi. (yəni müqəddəs adam elmdə və məqamda elə bir həddə çatmışdı ki, duanı oxuyanda cinlərin surətindən tez uzaq məsafəli iki yerin arasında tez get-gəl edərdi).

İllərin birində İranın İsfəhan şəhərinə gəldi. Mən onun gəlişindən xəbərdar olan kimi dərhal görüşünə getdim. Hal-Əhval edəndən sonra söhbətimizin arasında soruşdum: Xalq arasında yayılıb ki, teyyul ərz duasına sahibsiniz? Bu yayılmanın səbəbi nədir? (yəni olsa belə aşkara çıxarmağa sizin ixtiyarınız yox idi?!)

Cavabımda dedi: İllərin birində Məkkəyə yollandım. Həcc karvanımızla bir evə çatdıq. Ordan Məkkəyə qədər hələ 275 kilmetrdən çox məsafə qalmışdı. Hər hansı bir səbəbdən karvanın hərəkətindən gerdə qaldım və karvanın izini itirdim. Əsil yoldan azdım və tanınmayan bir səhya ilə üzləşdim. Sussuzluq məni əldən salmışdı. O həddə vəziyyətim çətin oldu ki, yaşayacağımdan ümidsiz oldum. Neçə dəfə uca səslə səslədim: 

“Ya Aba Saleh! Bizi düzgün yola hidayət edin! Allah sizə rəhm etsin!”

Elə bu zaman uzaqdan bir xəyal görsəndi. Elə bu haqda düşünürdüm ki, görəsən kimdir? Gözlənilmədən az bir zamanda o xəyal və kölgə mənə yaxınlaşdı. Gördüm ki, gözəl nurlu simalı bir cavandır dəvəyə minmiş halda əlində su dolu bir qab var.

Onu salamladım. Salamıma cavab verdi  və dedi: “Sən sussuzsan?” Ərz etdim: Bəli. Su qabını verdi, su içərək sussuzluğum getdi. Sonra buyurdu: Karvanına yetişmək istəyirsən? Dedim: Bəli. Məni dəvəsinə mindirdi və Məkkəyə tərəf yollandı. Mənim adətim idi ki, "Hirze yəmani” duanı hər gün oxuyardım. Yenə də həmişəki kimi yol boyu duamı oxumağa başladım. Duanı oxuduqca bəzi duanın mətnində mənə işkallı yerlərini deyərdi, necə oxumağıma göstəriş verərdi. Neçə dəqiqə keçməmişdi ki, buyurdu: Buranı tanıyırsan?  Baxdım gördüm ki, Məkkədəyəm. Buyurdu: Düş. Dəvədən düşdüm, o qayıtdı və gözümdən yox oldu. Elə o zaman başa düşdüm ki, elə özü İmam Zaman (ə) idi. Ondan ayrılmağıma və onu tanıya bilmədiyimə görə çox təəssüflənirəm. Mənim Məkkəyə çatmağımdan 7 gün sonra məkkəyə gələn kavandakı yol-yoldaşlarım məni Məkkədə gördülər. Buna görə də camaat arasında yayıldı ki, mən “Teyyul ərz” duanı bilirəm.

Əllamə Məclisi  deyir: Atam Hirz Yəmani duasının düzgün oxunuşu bilmək üçün Əstər Abadinin yanında bu duanı oxumuş və səhv yerlərini düzəltmişdir.  Allaha şükür edirəm ki, onu nəql etməyi mənə icazə vermişdir.  Bihar əl-Ənvar hədis kitabı, cild: 52, səh: 175.

Hoccətul İslam: Yusif Əliyev.

Mgeo.ge


Bənzər Olanlar