Paylaş
Facebook Twitter Google+

İmam Zaman ağa (ə.f) besətin hansı 4 hədəflərini yerinə yetirəcəkdir?

Ramal Əmiraslanov

2019-02-28 12:29:19 1008 Məhdəviyyət

Hədislərimizdən bu nəticəyə gəlmək olur ki, İmam Zaman ağa (ə.f) elə bir cəmiyyət quracaqdır ki, orada besətin bütün hədəflərini yerinə yetirəcəkdir. Bəs besətin hədəfləri nə idi?

 

1. Cahiliyyəti aradan aparmaq və ubudiyyəti sübut etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Bilin ki, cahiliyyət dövrünün bütün inanclarını və adətlərini ayaq altında qoyur və batil elan edirəm”.

Həzrət Rəsuli-Əkrəm (s) bütün ömrü boyu cahiliyyəti aradan qaldırmaqla məşğul olur. Ancaq çox təəssüf ki, rehlətindən sonra cahil adət və ənənələr geri qayıtmağa başladı.

 

2. Əxlaqı islah etmək. İslam dini əxlaq dinidir. Həzrət Peyğəmbər (s) özü besətinin hədəfini məkarim əxlaqda görmüşdür. Ancaq çox təəssüf ki, Həzrət (s) məkarim əxlaqı istədiyi kimi yaya bilmədi və insanları islah edə bilmədi.

 

3. Ədaləti bərpa etmək. İslam dininin ən mühüm hədəflərindən biri – cəmiyyətdə ədaləti bərqərar etməkdir. Yəni, bu cür olmalı deyildir ki, bir nəfərin hər şeyi olmalıdır, qalanlarının isə olmasa da olar. Baxmayaraq ki, İmam Əlinin (ə) dövründə bu ədalət müəyyən səviyyədə bərpa olmuşdu, ancaq ondan sonra yenə də zülm cəmiyyəti öz ağuşuna aldı.

 

4. Cəmiyyəti vahid etmək. “(Şəriət sahibi olan peyğəmbərlərin göndərilmələrindən qabaq) bütün insanlar tək bir dəstə idilər (səmavi şəriətsiz öz ağıllarının tələbi əsasında yaşayırdılar. Amma yavaş-yavaş özlərinin dünya işlərində ixtilafa düçar oldular).

Beləliklə, Allah peyğəmbərləri (səmavi din və şəriətlə) müjdə verən və qorxudan olaraq göndərdi və onlarla birlikdə insanların arasında onların bir-birləri ilə ixtilafa düçar olduqları şey barəsində hökm çıxarmaq üçün haqq olaraq (və uca, ali və əqlani bir hədəf üçün səmavi) kitab nazil etdi. (Sonra kitabın özü barəsində ixtilaf yarandı, bir dəstə kitabın özünü və ya onda olan təlimlərin bəzilərini qəbul etmədi).

Onda ixtilafı yalnız kitab verilmiş kəslər, özü də onlara (bu barədə) aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq və təkəbbür ucbatından yaratdılar.

Beləliklə, Allah iman gətirənləri Öz köməyi ilə barəsində ixtilafa düşdükləri haqqa doğru istiqamətləndirdi. Allah istədiyi şəxsi doğru yola hidayət edir”. (“Bəqərə” 213).

 

Beləliklə deyə bilərik ki, Peyğəmbərin (s) başlatdığı hərəkat hələ də sona çatmamışdır. Bu hədəflər hələ də natamam olaraq qalır. (İslami saytlara istinadən)/Deyerler.

 

Bənzər Olanlar