Paylaş
Facebook Twitter Google+

İmam Sadiq (ə) buyurur: “Xoş olsun o qadının səadətinə ki, ərini böyük bilər və ona əziyyət verməz. Həmişə ərinə itaət edər”

Ramal Əmiraslanov

2018-04-11 18:55:52 6056 Məqalələr

Həzrət Peyğəmbər (s) buyurur: “Kişinin xanımı üzərində haqqı vardır. Onu səsləyən zaman cavab versin, ona əmr verən zaman boyun qaçırtmasın, müxalif cavablar verməsin, onunla müxalifətlik etməsin”. (Tebyan)

İmam Rza (ə) buyurur: “Bil ki, qadınlar müxtəlifdirlər. Onların bəziləri dəyərli nailiyyətdirlər. Bu qadın o kəsdir ki, ərinə məhəbbət bəsləyər və ona aşiqdir”.

İmam Baqir (ə) buyurur: “Allah yanında heç bir qadın üçün ərinin razılığından faydalı şəfaətçi yoxdur”.

Həzrət Peyğəmbər (s) buyurur: “Kişinin xanımı üzərindəki haqqı odur ki, ərinə dostluq, məhəbbət göstərsin. Onun qəzəbindən uzaq olsun. Onun razı olduğu şeyləri yerinə yetirsin. Onunla bağladığı əhdə vəfadar olsun”.

İmam Sadiq (ə) buyurur: “Xoş olsun o qadının səadətinə ki, ərini böyük bilər və ona əziyyət verməz. Həmişə ərinə itaət edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey insanlar! Sizin xanımlarınızın üzərinizdə haqqı vardır. Sizin də haqqınız vardır. Sizin onların üzərindəki haqqınız odur ki, o kəsə ki, rizayətiniz yoxdur, evinizə daxil etməsin”.

Həzrət Peyğəmbər (s) buyurur: “Kişinin xanımı üzərindəki haqqı odur ki, evin işığını yandırsın. Dadlı yemək bişirsin. Evin qapısına qədər onu qarşılamağa getsin və ona “xoş gəlmisən!” desin. Onun üçün su və dəsmal hazır etsin. Onun əllərini yusun”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “O qadın ki, ərinin evində bir şeyi evi səliqəyə salmaq niyyətilə bir yerdən götürüb başqa yerə qoyarsa, Allah ona nəzər salar. Hər kim Allahın nəzərinə səbəb olar, Allah ona əzab verməz”.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərin ən yaxşısı o qadındır ki, əri üçün bəzənsin və zinətlənsin. Ancaq başqalarından özünü bağlasın”.

İmam Sadiq (ə) buyurur: “Sizlərdən ən yaxşısı o qadındır ki, ona bir şey verən zaman təşəkkür etsin. Əgər ona bir şey verilməzsə, razı olsun”./Deyerler.

 

Bənzər Olanlar