Paylaş
Facebook Twitter Google+

Niyə bəzən ailədə pulun bərəkəti olmur?

Bəzi ailələr vardır ki, yaxşı aylıq qazanca malik olmalarına baxmayaraq, həyatlarındakı bərəkət əldən gedir. Nə qədər səy göstərsələr ki, həyatda heç nəyə nail ola bilmirlər. Əllərinə gələn pul elə həmin gün və ya sonrakı günlər aradan gedir. Bəs həyatlarında bərəkətin olmamasının səbəbi nədir?

Əlbəttə ki, ilk növbədə ailə münaqişələri. O evdə ki, ərlə arvad hər şeyin üstündə bir-biri ilə mübahisə edər – bu əməl həm ailə ocağının bərəkətini aparar və həm də övladlarına və cəmiyyətə mənfi təsirlər göstərər.

Münaqişə o əməllərdəndir ki, dinimiz onu bəyənmir. Çünki insan batinindəki nuru söndürür və ailədəki hüzuru aradan aparır. Dava və münaqişə ailə üzvlərində kinə və küdurətə səbəb olur. Bu səbəbdən dinimiz buyurur ki, münaqişə etməkdən çəkinin. Əgər aqil insansınızsa, çətinliklərinizi müzakirə etmək yolu ilə həll edin. Bir-birinizə ehtiram göstərin ki, sabah övladlarınız da sizə ehtiram göstərə bilsinlər.

Ayətullah Fatimi Niya buyurur: “Münaqişə və davalar batini nuru söndürər. Bir çox halsızlıqlar və sevincin olmaması münaqişələrə görədir. Çox az ev vardır ki, orada kobudluq olmaz. Gün ərzində çox az evdə dava olmaz. Buna görə bərəkət evdən gedər. Hətta əgər sən haqlı olsan belə, cüzi və şəxsi mövzularda münaqişə etmə. Çünki münaqişə küdurət gətirər”.

Həzrət İmam Sadiqdən (ə) nəql edirlər: “Münaqişə etməkdən çəkinin ki, qəlbi məşğul edər. Nifaqa səbəb olar, kin yaradar”.

İmam Əli (ə) buyurur: “O kəs ki, münaqişə etməkdə həddi aşar – günahkardır. O kəs ki, münaqişə etməkdə səhlənkarlıq edər – (özünə) zülm etmiş olar. Dava edən İlahi təqvaya malik ola bilməz”.

İmam Baqir (ə) buyurur: “Münaqişə dini məhv edər, əməli batil edər, şəkk və şübhə yaradar”. İmam Sadiq (ə) buyurur: “Din barəsində münaqişə etməkdən çəkinin ki, o qəlbi Allah Təalanı yada salmaqdan saxlayar. Nifaqa səbəb olar, kin yaradar və yalanın qapılarını açar”./Deyerler.

Bənzər Olanlar