Paylaş
Facebook Twitter Google+

Hədislərə əsasən oruc tutmağın fəlsəfələri necə izah olunur?!

Ramal Əmiraslanov

2019-05-07 10:03:00 10787 Məqalələr

Cavab: İslam şəriətində hər bir əməlin fəlsəfə və təsirləri qeyd olunmuşdur. O cümlədən İslam maarifində oruc tutmağın fəlsəfələri haqda hədislərdə belə izahatlar verilir:

1-İslam Peyğəmbərindən (s) nəql olunan hədisdə deyilir: “Oruc tutun, sağlam olasınız”. (1)

2- İmam Əli (ə) buyurmuşdu : Hər bir şeyin ödəniş haqqı vardır, sağlam bədənin ödəniş haqqı isə oruc tutmaqdır.” (2)

3-İmam Sadiq (ə) buyurmuşdu: “Allah-Taala (c.c) orucu vacib etdi ki, varlı ilə kasıb bərabər olsunlar.” (3)

 

4-İslam Peyğəmbəri (s) buyurmuşdu: “Orucluq ramazan olaraq adlanıb, Çünki (Ramazan və orucluq) günahları məhv və əridər.” (4)

5- Hz Fatimeyi Zəhra (ə.s) buyurmuşdu: “Allah-Taala (c.c) (bəndəsinə) orucu  ixlasın qalıcı və həmişəlik olması üçün vacib etmişdi.” (5)

6- Hz Peyğəmbər (s) səhabəsinə belə buyurmuşdu: “Ey Usamə! Sənə tapşırıram oruc tutmağı! Çünki oruc tutmaq insanı Allaha yaxınlaşdırar.” (6)

 

1- Biharul-Ənvar, cild- 96, səh:  255 hədis: 33

2-Nəhcül-bəlağə, hikmət- 131, səh: 1152

3-Vəsail əş-Şiə, cild-7, səh: 3, hədis-1

 

4-Mizanul-Hikmə, cild-4, səh: 176,  hədis: 7441

5- Biharul-Ənvar, cild- 96, səh: 368 hədis: 47

6-Biharul-Ənvar, cild- 96, səh: 258 hədis: 41--- sualcavab.

 

Bənzər Olanlar