Paylaş
Facebook Twitter Google+

Namazın möhürünün fəlsəfəsi nədir?

Ramal Əmiraslanov

2020-01-15 07:46:47 1158 Məqalələr

İslam dininin nəzərinə görə, səcdə etmək – başı torpağın və ya daşın üzərinə qoymaqdır. Səcdə üçün möhürün özü isə torpaqdan olur.

 

Müasir zamanda hər yerdə pak torpaq və ya daş əldə edə bilmədiyimiz üçün, Əhli-Beyt (ə) davamçıları torpağı qəliblərə salaraq, onu elə hala gətirirlər ki, müsəlmanlar özləri ilə gəzdirə bilsinlər. Onun fəlsəfəsi torpaq olmaqdan başqa bir şey deyildir. Təbii ki, İmam Hüseynin (ə) müqəddəs türbətindən başqa. Bu, xüsusi torpaqdır ki, istər möhür halında olsun, istərsə də torpaq halında – xüsusi dəyərə malikdir.

 

Ancaq bu, o demək deyildir ki, insan ancaq torpağa səcdə edə bilər və ya əksinə – hər bir şeyə səcdə edə bilər. Xeyr. Dinimiz bu sahədə xüsusi qanun və qaydalar təyin etmişdir ki, fiqh elmi onu bizlərə təqdim edir. Orada səcdə üçün nəyin caiz olduğu və nəyin caiz olmadığı qeyd edilmişdir.

 

Dinimiz buyurur ki, elə şeyə səcdə etmək lazımdır ki, nə yeyilsin, nə geyinilsin. Burada geyinilmək deyildikdə parça, pambıq, yun və sair kimi xammallar nəzərdə tutulur. Ona görə də müsəlman buğdaya, arpaya, düyüyə və digər yeyəcəklərə səcdə edə bilməz.

 

Ancaq səcdənin möhürə edilməsi mövzusuna qayıtsaq deyə bilərik ki, möhürün fəlsəfəsi budur ki, o, torpaqdan başqa bir şey deyildir. İnsanlar torpaq axtarmamaq üçün, eləcə də hər tapdığı torpağa səcdə etməmək üçün möhür hazırlamışlar ki, həm onu gəzdirmək mümkün olsun, həm də istifadə etmək rahat olsun. İstər evlərdə, istər məscidlərdə, ya ziyarət yerlərində və istərsə də hər hansı digər yerdə. (Beytutə)

 

Hər bir halda möhürün mahiyyəti budur ki, torpaq rolunu oynayır və ibadət etməkdən başqa heç bir məqsəd daşımır./Deyerler.

Bənzər Olanlar