Paylaş
Facebook Twitter Google+

Hz Peyğəmbərin (s) hədisinə əsasən altı dəstə insanın duası qəbul olunmaz!!

Ramal Əmiraslanov

2018-12-04 11:51:17 447 Məqalələr

Bir nəfər İmam Əliyə (ə) deyir ki, mənim duam niyə yerinə yetmir? Həzrət (ə) cavabında buyurur: “Peyğəmbərdən (s) gələn hədisdə belə nəql edilir ki, ümmətimin bir neçə dəstəsinin duası yerinə yetməz:

1. O insan ki, ata və anası üçün pislik istəyər.

2. (Borc alan insan,) borc verən insanın bədbəxt olması üçün dua edər ki, onun yanına hansısa malı qoymuşdur. Nə ondan sənəd almış və nə də şahid tutmuşdur.

3. O kişi ki, xanımının ziyanına dua edər, halbuki Allah həyat yoldaşının xilas olmasını onun əlində qərar vermişdir.

4. O kişi ki, evində əyləşər və deyər: “Pərvərdigara! Mənə ruzi ver!”. Özü bayıra getməz və ruzi axtarmaz.

5. O kişi ki, Allah ona çoxlu mal verər və o, hamısını infaq edər və sonra üzünü dua üçün çevirib deyər: “Pərvərdigara! Mənə ruzi ver!”. Allah ona buyurar: “Məgər sənə ruzi vermədimmi? Bəs niyə sənə əmr etdiyim kimi, onu istifadə edən zaman mötədil olmadın? Niyə israf etdin? Halbuki səni israfdan çəkindirmişdim?!

6. O kişi ki, qohumluq əlaqəsini kəsmək üçün dua edər”/Deyerler.

Bənzər Olanlar