Paylaş
Facebook Twitter Google+

O kəs ki… – İmam Əlidən (ə) ayıldıcı buyuruşlar!

Ramal Əmiraslanov

2020-01-15 08:09:44 1439 Məqalələr

İmam Əli (ə) kamil insanın sifətlərini bizə tanıtmışdır ki, onlarla tanış olaq.

İmam (ə) buyurur:

“O kəs ki, öz eybinə baxar və başqalarının eybini tutmaqdan geri qalar.

O kəs ki, Allahın ruzisinə razı olar – əlindən gedənlərə görə qəmlənməz.

O kəs ki, zülm qılıncını çəkər – elə onunla öldürülər.

O kəs ki, işində özünü əziyyətə salar – özünü həlak edər.

O kəs ki, özünü bəlaya salar – qərq olar.

O kəs ki, pis adı olan yerlərə addım atar – ittiham olunar.

O kəs ki, çoxlu danışar – çoxlu səhv edər.

O kəs ki, çoxlu səhv edər – həyası az olar.

O kəsin ki, həyası az olar – təqvası da az olar və qəlbi ölər.

O kəsin ki, qəlbi ölər – cəhənnəm atəşinə süqut edər.

O kəs ki, insanların çirkin əməllərinə baxar və onu çirkin hesab edər, sonra özü də həmin çirkinliklərə düçar olarsa – deməli o, həqiqi axmaqdır.

O kəs ki, ölümü çoxlu yada salar – dünyanın az şeyinə razı olar.

O kəs ki, bilər danışığı da əməl hesab olunur – zərurət olmadan danışmaz”. /Deyerler.

Bənzər Olanlar