Paylaş
Facebook Twitter Google+

Şaban ayı – istiğfar ayıdır!

Ramal Əmiraslanov

2020-04-06 17:42:12 1354 Məqalələr

Hər bir mənəvi ayın özünəməxsus xüsusiyyətləri var. Bu Şaban ayının da ən önəmli cəhəti – bu ayda geniş istiğfar və tövbə imkanlarının olmasıdır. Şaban ayı istiğfar və tövbə ayıdır. Bizlər gərək İlahi ziyafət öncəsi paklanaq, təmizlənək, hazırlanaq. Şaban ayının daxil olması o deməkdir ki, biz bir aydan sonra Allah qonağı olacağıq. Rəcəb ayında ümid dolu yaşadıq. Amma Şaban ayında bir yeni səhifə açmalıyıq. Bu ayın ən mühüm əməllərindən biri – istiğfar və tövbədir.

 

İndi dünyada yaşanan vəziyyəti nəzərə alaraq bir toplum təsəvvür edək ki, virusun mövcud olmasının fərqində deyil, bu haldan qəflət edib. O halda nə baş verir? O halda daha da şiddətlə yayılır, daha da fəsadları geniş olur və s.

Mənəvi viruslar da bu cürdür. Bizlər qəflət etdikcə, özümüzü unutduqca, mənəvi kimliyimizdən qəflət etdikcə, mənəvi viruslar da beləcə öz zərərlərini yetirir. Yavaş-yavaş mənəvi xəstəliklərə yoluxuruq, mənəvi rəzilətlər bizi bürüyür, günahlar bizim üçün adiləşməyə başlayır və nəhayət Allah etməsin, aqibətimizi zay etmiş oluruq. Ona görə də tövbə, istiğfar insanın öz halını davamlı olaraq nəzərdən keçirməsi, təftiş etməsidir.

2020 Şaban ayı ne zaman başlıyor | Huzur Sayfası

Bənzər Olanlar