Paylaş
Facebook Twitter Google+

Hz Zəhranın (ə.s) qatilinə lənət oxuduğuna görə zindana düşən xanıma İmam Sadiqin (ə) duası

Ramal Əmiraslanov

2020-01-22 11:43:40 882 Məqalələr

Bəşar Məkari nəql edir: “Kufədə İmam Sadiqin (ə) xidmətinə getmişdim. Həzrət (ə) xurma yeməklə məşğul idi.

Buyurdu: Bəşar! Əyləş və bizimlə xurma ye.

Dedim: Qurbanın olum, gəldiyim yolda bir mənzərə gördüm ki, ürəyimi çox ağrıtdı. Narahatlıqdan bir şey yeyə bilmirəm.

 

Buyurdu: Yolda nə müşahidə etmisən?

Dedim: Mən yolda gələn zaman gördüm ki, məmurlardan biri, bir qadını döyür. Onu zindana tərəf aparırlar. Hər nə qədər yalvarırdısa, kimsə yardım etmirdi.

 

Həzrət (ə) soruşdu: Məgər o qadın nə etmişdi ki?

Dedim: İnsanların dediyinə görə, qadın yol getdiyi zaman ayağı büdrəyir və yıxılır. Bu zaman Həzrət Zəhranın (s.ə) qatilini lənətləyir.

 

İmam (ə) bu sözləri eşidən zaman ağlamağa başlayır və mübarək saqqalı və dəsmalı yaş olur.

Sonra buyurur: Bəşar! Ayağa qalx! Səhlə məscidinə gedək və o qadın üçün dua edək.

Bir nəfəri saraya göndərir ki, həmin qadının halından xəbər tutsun".

 

Bəşar nəql edir: Səhlə məscidinə daxil olduq və iki rükət namaz qıldıq. Həzrət (ə) o qadının nicatı üçün dua etdi və səcdəyə getdi.

Başını səcdədən qaldırıb buyurdu: Hərəkət et, gedək! Onu azad ediblər!

 

Məsciddən çıxdıq və İmamın (ə) saraya göndərdiyi həmin şəxs geri qayıdırdı.

O, dedi: Qadını azad etdilər.

 

İmam (ə) buyurdu: Necə azad oldu?

Həmin şəxs dedi: Bilmirəm, ancaq gedən zaman gördüm ki, qadını azad ediblər. Xəlifənin yanına aparıblar və qadından soruşubdur ki, səni nə üçün həbs ediblər?

Qadın da macəranı ona danışıbdır. Xəlifə də qadına 200 dirhəm veribdir, ancaq qadın qəbul etməyibdir.

Xəlifə deyibdir: Bizi halal et və bu dirhəmləri götür.

Qadın pulu götürməyib və azad olubdur.

 

Həzrət (ə) buyurur: 200 dirhəmi götürməyibdir?

Deyir: Xeyr.

İmam (ə) buyurur: Bəşar, bu yeddi dinarı ona verin, çünki bu pula çox ehtiyacı vardır. Mənim salamımı da ona çatdırın.

 

Qadına pulu verib, İmamın (ə) salamını çatdıran zaman qadın sevinir və huşdan gedir.

Ayılan zaman üç dəfə sual veribdir ki, İmam mənə salam göndəribdir?

Həmin şəxs də deyibdir ki, bəli.

Bu zaman qadın xahiş edibdir ki, onun da salamını İmama (ə) çatdırsınlar və desinlər ki, o, İmamın (ə) kənizidir. Həzrətin (ə) duasına möhtacdır”. (Hədənə)

 

Yeri gəlmişkən, zindandan azad olmaq üçün güclü bir zikrlə tanış olaq.

Bu zikr zindandan azad olmaq üçün dəfələrlə təcrübə edilmiş və müsbət nəticələr əldə olunmuşdur.

Zikrin mətni belədir:

 

یا صَبُورُ یا حَلیمُ لا صَبْرَ لی فی صَبْرِکَ

اِکْفِنی شَرَّ عَبْدِکَ بِرَحْمَتِکَ یا أَرْحَمَ الرّاحِمیَنَ

"Ya saburu, ya həlim, lə sabra li fi sabrikə. İkfini şərra 'əbdikə.

Birahmətikə, ya Ərhəmər-rahimin"./Deyerler.

Bənzər Olanlar