Paylaş
Facebook Twitter Google+

İşin ən yaxşı başlanğıcı və sonu nədədir? İmam Huseynin (ə) izahı

Ramal Əmiraslanov

2019-09-15 06:57:54 2140 Məqalələr

Həzrət İmam Hüseynə (ə) sual verirlər ki, insanın fəzilət və kəraməti nədədir?  
Həzrət (ə) buyurur: “Dili nəzarətdə və ixtiyarda saxlamaqda və səxavətə malik olmaqda”.

 
Sual verirlər ki, bəs insanın naqisliyi nədədir?
Buyurur: “Özünü faydalı olmayan şeyə məcbur etməkdə”.

 
Özünü lazımsız yerə əziyyətə salmamaq barədə Həzrət Mövladan (ə.f) da buyuruş var. Belə ki, İmam Zaman ağa (ə.f) buyurur:“Sizdən istənilməyən şeyləri öyrənməyə görə özünüzü əziyyətə salmayın”.

Əziz Rəsuli-Əkrəmdən (s) nəql edilən hədisdə isə şin ən yaxşı başlanğıcı və sonuna işarə edilmişdir. Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında ən sevimli iş, o işdir ki, davamlılığı çox olar – baxmayaraq ki, az olsa belə”. (Beytutə)
 

İşin əvvəlinin və sonunun ən yaxşı əməlləri barədə İmam Zeynəl-abidin (ə) də bizlərə yol göstərmişdir. Belə ki, İmam Səccad (ə) buyurur: “İşin ən yaxşı başlanğıcı – sədaqət və düz danışmaqdır. Ən yaxşı sonu isə vəfadır”./Deyerler.

 

Bənzər Olanlar