Paylaş
Facebook Twitter Google+

Həzrət Əli (ə) Allah Rəsulunun (ə) möcüzələrindən biri!

Yusif Əliyev

2015-03-18 08:53:10 1160 Məqalələr

Təfəkkür qrupu: Hədislərdə buyurulduğu kimi Həzrət Əli (ə) Allah-Taalanın Xatəmül-Ənbiya Həzrət Rəsuləllaha (s) bəxş etdiyi möcüzədir. Elə bir möcüzə ki, keçmiş peyğəmbərlərin bütün möcüzələrindən böyük və heyrətləndiricidir. 

İQNA-nın verdiyi xəbərə görə Ayətullah Üzma Safi Gülpayqani –  "Əlini (ə) tanımaq olmaz" adı altında yazdığı kiçik bir məqalədə İmam Sadiqdən (ə) rəvayət olunmuş bir hədisi izah etmişdir. Bu hədisdə deyilir: 

 "İnsan (insani həqiqət, şəxsiyyət) Allah-Taalanın yaradılış üçün ən böyük "höccət"idir (şahid). İnsan bir kitabdır ki, Allah-Taala onu öz qüdrət və hikməti ilə yaratmışdır. İnsan bütün aləmləri özündə cəm etmişdir. İnsan "Əl-Lövhül-Məhfuz"dakı elmlərin xülasəsidir" – Allahın ən böyük höccəti sayılan insan İmam Əli (ə) kimi bir şəxsiyyətdə öz əksini tapmış və reallaşmışdır.

Yazının xülasə mətni: Böyük Peyğəmbər, Kamil Əql, Rəsulların sonuncusu, Düz yola hidayət edən (s) müxtəlif səhih və məşhur hədislərdə Möminlərin Əmiri Əlini (ə) ən gözəl sözlərlə tərif etmiş, Onu Quran və Haqqla yoldaş bilmiş, Onları bir-birindən ayrılmaz saymış və buyurmuşdur: 

"And olsun O kəsə ki, canım onun əlindədir! Əgər ümmətimdən bir qrup şəxslərin sənin barəndə xristianların İbn Məryəm haqqında dediklərini deyəcəklərindən qorxmasaydım, bu gün sənin haqqında bir söz deyərdim ki, hansı tayfanın yanından keçsəydin sənin ayağının altının torpağını təbərrük üçün götürərdilər!"    Bəzən də möcüzəli bir bəyanla buyurmuş: 

 "Ey Əbəl-Həsən! Əgər dəryalar mürəkkəb, ağaclar qələm, insanlar yazan və cinnlər hesablayıcı ola, sənin fəzilətlərini saya bilməzlər!" Bəzən də Onu Allah yolunda Cihadçı, İlahi kəlməni ucaldan, Haqqın müdafiəçi elan etmiş və Onun (ə) bir qılınc vurmağını bütün yaradılışın ibadətindən daha üstün bilmişdir. Onu necə tərif edər insanlar?! Allah-Taala özü onu Quranda tərif etmiş və onu peyğəmbər və vəsilər tanımış və tərif etmiş. Tarix bunu yazmışdır: Bir nəfər Müaviyənin məclisində onun təkidi ilə İmam Əlini (ə) belə tərif etmişdir: Hamı ona möhtacdır və o hamıdan ehtiyacsız. Bu dəlildir ki, O hamıya imamdır! « Sözü Allahın kəlamından aşağı, məxluqun sözündən yuxarıdır!  Ömər bin Xəttab: "Əli (ə) olmasa idi Ömər həlak olardı!"  Əlinin (ə) qılıncı olmasa idi, İslam üçün bir sütün qalmazdı! İbadət mehrabında Ədalətinn şiddətinə və kəskinliyinə görə öldürüldü! ...

Mgeo.ge

Bənzər Olanlar