Paylaş
Facebook Twitter Google+

İslam maarifinə əsasən Bu 4 əməl pislikləri yaxşılıqlara çevirər!

Ramal Əmiraslanov

2020-01-15 08:08:19 3461 Məqalələr

Həzrət Peyğəmbərdən (s) buyurulur ki, dörd şey pislikləri həsənəyə çevirər:

 

1. Doğru danışmaq. Allahın doğru danışan insandan xoşu gəlir. Çünki, Allah Özü – doğruluq məzhəridir. Hər kim doğru danışan olar – öz pis əməllərini həsənəyə çevirər və insanların hörmətini qazanar.

 

2. Həya. Əgər kiminsə həyası olarsa, Allah onun günahlarını bağışlayar. Pis əməllərini silər və yerinə həsənələr qoyar. Həya imandan gələr. Hər kimin imanı güclü olarsa, həyası da çox olar. Həyalı insan – təqvalı insandır. Çünki günah etməkdən həya edər və Allaha sığınar.

 

3. Xoş əxlaq. İnsanın o kəs üçün ürəyi yanar ki, namazına, orucuna və başqa ibadətlərinə çox əhəmiyyət verər, ancaq ailəsi ilə pis rəftarda olar. Bu pis əxlaqı yaxşı əməllərini aradan aparar və onlara ləkə sürtər. Ona görə də mömin o kəsdir ki, həm ibadət əhli olar, həm də xoş əxlaqa malik olar. Hər bir rəftarı – həm cəmiyyət içində və həm də ailəsində – başqaları üçün örnək olar.

 

4. Nemətin şükrünü yerinə yetirmək. Hər kim Allahın ona verdiyi nemətləri görər və onlara görə şükür edər – Allah həmin bəndəsinə dəyər verər və onu sevər. Şakir insan Allahın sevimli bəndəsi olar. Allah onun günahlarını silər və yerinə həsənələri qoyar.  /Deyerler.

 

Bənzər Olanlar