Paylaş
Facebook Twitter Google+

Allaha xatir nə deməkdir?

Ramal Əmiraslanov

2019-05-18 13:33:36 3633 Məqalələr

«Allaha xatir» nə deməkdir? Niyyətin dürüstlüyü – fəqət Mütəal Allahın rizayəti, razılığı üçün hər hansı bir işi görməkdən keçir. İstər ruzi dalınca getmək olsun, istər həyat yoldaşına, balalarına qayğı olsun, qohumlara baş çəkmək, vicdanlı həyat sürmək, düzünü demək, prinsipial vətəndaş mövqeyi sərgiləmək – hər bir işdə ki, insanın qayəsi İlahi əhkamı yaşatmaq, yəni Allahın məsləhət bildiyi işlərə dəstək vermək və bəyənmədiyi işlərdən çəkinməkdir – elə bəndəlik budur.

 

Başqa məfkurələrdə, dünyagörüşlərində «dini» və «dünyəvi» anlayışlarını bir-birindən ayırırlar. Yəni, bunlarda belədir ki, bir var insanın ruhi-mənəvi həyatı, bir də var hansısa digər həyatı. İslam dini belə bölgünü qəbul etmir. İslamın məntiqində insan – tamlıq, harmoniya ifazə edən bir varlıqdır və onun bütün fəaliyyəti vahid ünvana – kamillik hədəfinə yönəli olduqda, əhəmiyyətlidir.

 

Bəs həyatın ən müxtəlif sahələrində insanın fəaliyyətini tənzimləyən amil nədir? Məhz həmin bu niyyət! Bu, bir mübarək ortaq məxrəcdir ki, insanın bütün əməllərinin tənzimlənməsində müəyyənedici rol oynayır.

 

İnsan əgər bir iş gördükdə «qürbətən iləllah» - «Allaha yaxınlaşmaq» niyyətini rəhbər tutursa, onda bu işin nəticəsi də bərəkətli olacaq. İşlərin nəticəsinin olması özü nədir? Məlum olduğu kimi, insanın dünya həyatında gördüyü işlər – pisi də, yaxşısı da – onun axirət həyatına inikas olunur. Və bu baxımdan o əmələ o zaman nəticəli demək olar ki, bu, insanın axirətdə karına gəlsin. Əməli nəticəli nə edir? Niyyət, daha doğrusu, niyyətin düzgünlüyü. Təməlsiz, bünövrəsiz heç bir bina mövcud ola bilmədiyi kimi, niyyətsiz də əməl yaşamaz.Deyerler.

 

Bənzər Olanlar