Paylaş
Facebook Twitter Google+

İnsanın məada inanması, ona nə kimi bəhrələr verir?

Ramal Əmiraslanov

2019-03-30 08:32:55 9379 Məqalələr

Bu dünya – axirətin tarlasıdır. Nə əkərsənsə, axirətdə də onu biçərsən. İnsan öləndən sonra dirilər və başqa bir aləmdə yaşamağa başlayar. “Hər bir canlı ölümü dadacaqdır. Sonra isə Bizim hüzurumuza (Bizim Bərzəx aləmimizə, Bizim Qiyamət səhnəmizə, Bizim cənnətimizə və cəhənnəmimizə) qaytarılacaqsınız!”. (“Ənkəbut” 57).

 

Qurani-Kərim, məad mövzusuna xüsusi əhəmiyət verir və bu İlahi Kitabda məad haqqında təxminən 1500 ayə mövcuddur.

Bəs məada etiqad bəsləmək insana hansı bəhrələri gətirər?

 

1. Məad etiqadı insanı günahdan saxlayar. O kəs ki, Allahı və məadı unudar, o, yolunu azanlardan olar. “Şübhəsiz, Allahın yolundan azanlar üçün, hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır”. (“Sad” 26).

 

2. Məad etiqadına olan elm, insanı yəqin dərəcəsinə çatdırar. O kəs ki, məadın olmasına həqiqi yəqin əldə edər, heç bir zaman onu unutmaz və yaddan çıxartmaz.

 

3. Məada etiqad bəsləmək insana vacibatları daha gözəl şəkildə yerinə yetirmək üçün stimul verər və həvəsləndirər. Belə ki, əgər Ramazan ayında insanların günahla bağlı durumlarına nəzər salınsa, görülər ki, bu ayda Allah bəndəsi olmaq istəyənlər daha az günah və xata edərlər. (Beytutə)

 

4. İnsanı əxlaqi cəhətdən tərbiyə edər. İnsan ailəsi, qohumları, cəmiyyət qarşısında vəzifələndiyi əməlləri eşqlə yerinə yetirər və əxlaq nümayiş etdirər. Naməhrəm qadınla rastlaşan zaman onun zahirinə aldanmaz və yolunu azmaz. “Evində olduğu qadın mülayimlik və hiylə ilə ondan kam almaq istədi və (bu niyyətlə) qapıları möhkəm bağlayaraq dedi: «Tez ol, mən sənin üçün hazıram!».

Yusuf dedi: «Allaha pənah! O (sənin ərin) mənim tərbiyəçimdir ki, yerimi yaxşı edib. [Və ya: O (Allah) mənim Rəbbimdir ki, məqamımı gözəl edib]. Şübhəsiz, zalımlar heç vaxt nicat tapmazlar»”. (“Yusif” 23).

 

5. O zaman ki, heyvani instinktləri baş qaldırar, yalnız məad əqidəsi onları yatızdırmağa qadır olar. Yetimlərə rəhmsizlik etmək, başqalarının haqqını yemək, yoxsullara qarşı laqeyd olmaq – bu və bir çox günahların hamısı məad etiqadına inam bəsləməyənlərin əməlləridir. “(Ya Peyğəmbər!) Allahın dinini və cəza gününü yalan hesab edəni gördünmü? Bəli, o, həmin o kəsdir ki, yetimi hiddətlə qovar. Və (heç kimi) yoxsulları yedirtməyə rəğbətləndirməz”. (“Maun” 1-3)./Deyerler.

 

Bənzər Olanlar