Paylaş
Facebook Twitter Google+

Günaha bəhanə gətirmək ümumi bir xəstəlikdir...

Ramal Əmiraslanov

2018-04-18 08:52:17 2850 Məqalələr
Günaha bəhanə gətirmək günah etməkdən də pisdir. «Qiyamət» surəsinin 14-15-ci ayələrində oxuyuruq:

«İnsan özünü tanıyır, zahirdə nə qədər bəhanə və üzr gətirsə də faydası yoxdur.» Yəni insan etdiyi cinayət və günahlara nə qədər üzr gətirsə, səbəb göstərməyə çalışsa da onun vicdan məhkəməsi edilən hiylələrə, cinayətlərə görə onu mühakimə edir. Günaha bəhanə gətirmək günahın cəmiyyətdə adiləşməsinə gətirib çıxarır çirkin işləri gözəl təsvir etdirir. Heç bir günah «günaha bəhanə gətirmək» kimi pis deyil. Çünki etdiyi günahı etiraf edən şəxs həmişə tövbə fikrindədir. Günahını üzr və bəhanə ilə ört-basdır edən şəxs isə nəinki tövbə etmək fikrində deyil, əksinə tutduğu yolda gün-gündən möhkəmlənir.

Günaha bəhanə gətirmək ümumi bir xəstəlikdir ki, müxtəlif növlərdə zahir olur. Bu xəstəliyin ən böyük xətəri isə budur ki, günahkarı tövbə edib düz yola qayıtmaqdan çəkindirir. Bəzi vaxtlar isə həqiqətləri onun gözündə batil göstərir. Misal üçün, bir şəxs özündə müəyyən işi görmək üçün qorxu hissi keçirir, lakin bunun adını «ehtiyat» qoyur. Öz zəifliyinin adını «həya» qoyur, yaxud öz tənbəlliyinin səbəbini Allah-təalanın onu bu cür yaratması ilə izah edir. Doğrudan da insan nə üçün bu cür fikirlərlə səadət qapısını öz üzünə bağlamalıdır?
Günaha üzr gətirən şəxs, etdiyi günahı ört-basdır edir ki, sonralar günah etmək onun üçün rahat və maneəsiz olsun.

İslam dinində günaha üzr gətirmək, bir növ özünü və müsəlmanları aldatmaq hesab olunur. Zahiri gözəl, batini isə bulaşıqdır. Məsələn, bazarda meyvə satan bir şəxs yaxşı meyvələri üstə, xarablarını isə aşağı yığa. Günaha üzr gətirən şəxs də bu mövqedədir. Aşağıda qeyd edilən hədisdə İmam Baqir (ə) buyurur:
«Bir gün İslam Peyğəmbəri (s) Mədinə bazarından keçirdi. Ərzaq malları satan bir şəxsi gördü. Peyğəmbər (s) ona buyurdu: Bəh! Bəh! Nə qədər gözəl və təmizdir». Yeyintinin qiymətini soruşdu. Bu vaxt Allah tərəfindən O Həzrətə xəbər gəldi ki, “əlini yeyintinin içinə sal və altına bax». Peyğəmbər (s) bunu etdi. Bu zaman onun altından bir neçə ədəd xarab yeyinti çıxdı. Peyğəmbər (s) o satıcıya buyurdu: «Sən müsəlmanlara həm xəyanət edirsən, həm də onları aldadırsan»./nur-az
 
 
 

 

Bənzər Olanlar