Paylaş
Facebook Twitter Google+

Haqlı kim idi Aişə yoxsa İmam Əli (ə): Səbəb yoxsa bəhanə!!

Ramal Əmiraslanov

2020-06-05 08:40:23 1409 Məqalələr

Allahın Adı İlə --"Aişə, Həzrət Əli (ə) ilə döyüşə hansı səbəbə görə getmişdi?"

Səqifə məktəbinin ən böyük alimlərindən olan Məhəmməd İsmayıl əl-Buxari öz "səhih" əsərində yazır:

Rəvayət edilir ki, Əbu Bəkrə demişdir: “Cəməl döyüşündə mən az qala bu döyüşdə vuruşanlara qoşulub onlarla bərabər (Əliyə) qarşı vuruşa­caq­dım, (lakin) Allah (məni saxladı,) Peyğəmbərdən (s) eşitdiyim bir kəlmə sa­yə­sin­də mənə fayda verdi.” (Bir zaman) farsların Xosrovun qızını özlərinə baş­çı təyin etməsi xəbəri Pey­ğəmbərə (s) gəlib çatdıqda o buyurmuşdu: “Hakimiyyəti qadına həvalə edən bir tayfa heç vaxt nicat tapmaz.” (əl-Buxari, 4445)

"Səhih-Buxari", Meğazi kitabı, 84-cü bab, hədis 418 (4425)

Əlixan Musayev, "Səhih Buxari Müxtəsəri", Hərbi yürüşlər kitabı, 47-ci fəsil, hədis 1692

Burada səhabə Əbu Bəkrə ("Əbu Bəkr" deyil "Əbu Bəkrə" başqa bir səhabədir) görür ki, ordu Aişənin hakimiyyəti altında Cəmələ, Həzrət Əli ilə (ə) döyüşə gedir. Sonra bu səhabə Allah Rəsulundan (s) eşitdiyi "hakimiyyəti qadına həvalə edən bir tayfa heç vaxt nicat tapmaz” hədisinə əsasən başa düşür ki, ordunun başçısı qadın (Aişə) olduğuna görə bu ordu heç vaxt nicat tapmayacaq! Bunu görədə səhabə Əbu Bəkrə, Aişəyə qoşulmaqdan və Aişənin hakimiyyəti altında girməkdən imtina edir. Əgər həqiqətəndə Aişə, Osmanın qanını almaq məqsədi ilə Cəmələ gəlmişdirsə, bu zaman səhabə Əbu Bəkrə, Aişəyə dəstək olub ona deyə bilərdi ki, "Ey Möminlər Anası! Məndə sənə qoşuluram!". Çünki sən haqq olaraq, Osmanın qanını almağa gedirsən. Amma səhabə bunun əksinə olaraq başa düşür ki, Aişənin ordusu haqsızdır və nicat tapmayan bir ordudur. Buradan bizə bir daha aydın olur ki Aişə, Cəməldə Həzrət Əli (ə) ilə müharibəyə, Osmanın qanını bəhanə edərək getmişdir.

Vəlhəmdulillahi Rəbil Aləmin!- Mənbə: "Həqiqətlər" kanalı, Telegram. Yığcam Göstər

Bənzər Olanlar