Paylaş
Facebook Twitter Google+

Ramazan ayının altıncı günündə Allah-Taalaya (c.c) hansı duanı edək?!

Ramal Əmiraslanov

2019-05-12 11:16:42 2026 Məqalələr

İlahi! Sənin istəklərinə qarşı çıxdığıma görə abrımı tökmə!
İlahi! Sənə günah etdiklərimə görə məni intiqam qamçısı ilə cəzalandırma!
İlahi! Sənin qəzəbinə səbəb olan işlərdən məni uzaqlaşdır!
İlahi! Bütün diləklərim sənin bağışlamana və aşiqlərinin eşqinə söykənir!

Altıncı günün duasından bir neçə dərslər:
1-Günah zəlillər gətirər,
2-İlahi əmrlərdən üz çevirmək, cəzalandırmaq (İlahi bəlanın nazil olmasını səbəbdir!
3-Necə ki, ilahi rəhmət və inayətin ləzzəti vardır, ilahi qəzəbin də dərd gətirəcək cəhəti vardır!!”

Ayə və hədislərə əsasən böyük günahlar:
1-Allah-Taalaya  (c.c) şirk qoşmaq, Nisa surəsi ayə 116- Allah Taala müşrikləri bağışlamayacağını söyləyir!
2-İlahi Rəhmətdən ümidsiz olmaq, Yusuf surəsinin 87 ayəsinə əsasən Allah-Taala (c.c) ilahi rəhmətdən ümidsiz olanları kafir adlandırır!
3-Valideynin üzə qayıtmaq, hədislərə əsasən ata-ananı qəzəbləndirmək Allahın qəzəbinə səbəb olar! Mustədrəkul-Vəsail, cild: 15, səh: 193, hədis: 17976
4-Qohumlarla əlaqəni kəsmək, qohumlarla əlaqəni kəsən şəxs behiştə daxil olmaz.
Mustədrəkul-Vəsail, cild: 9, səh: 107, hədis: 10365
5- Yetimin haqqı olan malı qəsb etmək, Nisa surəsi ayə 10. Yemin malını yemək od yemək kimidir!
6-Çəkidə aldatmaq, Allah-Taala (c.c) tərəzidə aldanlara lənət oxuyur! Mutəffifin/1,
7-Zəkat və kasıbların haqqı olanı ödəməmək, Fussilət  surəsi ayə 5-6.
İmam Əli (ə) –dan nəql olunan hədisdə deyilir: : Hər zaman insanlar zəkatı – kasıbların haqqı olanları verməkdən üz çevirsələr, yer də öz bərəkət, əkinçilik məhusllarını və mədənlərini üzərə çıxartmaqdan üz çevirər!!”-sualcavab

 

 

Bənzər Olanlar