Paylaş
Facebook Twitter Google+

İMAM SADIQ (Ə) SƏHABƏSI MUƏLLAYA NÖVRUZ BAYRAMI HAQDA NƏ BUYURMUŞDU?

Ramal Əmiraslanov

2020-03-20 20:08:27 2576 Məqalələr

Məalla ibn xənis nəql edir ki, Novruz günü İmam Sadiqin (ə) yanına getdim. İmam mənə buyurdu: Bilirsənmi bu gün hansı gündür?

Dedim: Canım sənə fəda olsun. Bu günü əcəm qeyd edir və bir-birlərinə hədiyyələr verirlər.

İmam buyurdu: And olsun Kəbə evinə bunun səbəbi çox qədimə qayıdır və mən bunu sənə deyəcəm ki, biləsən.

Sonra İmam buyurdu: “Bu gündə Allah bəndələrindən əhd-peyman aldı ki, Ona ibadət etsinlər və Ona şərik qoşmasınlar;

Bu gündə günəş çıxdı, küləklər əsdi və yer zintələndirild;.

Bu gün Nuhun gəmisi Cudi dağında dayandı;

Bu gün Peyğəmbər səhabələrdən istədi ki Əlini “Əmirəlmöminin ” bilib ona beyət etsinlər. Və bu ikinci beyət oldu;

Bu gün İbrahim (ə) bütləri sındırdı;

Bu gün bizim Qaimimiz (İmam Mehdi) zühur edəcək və O bu gün Dəccalı Kufə zibiliklərində dara çəkəcək.

Biz hər bir Novruz fərəci (İmamın zühurunu) gözləyirik. Novruz bizim və şiələrimizin günüdür. Əcəm bu günü qoruyub saxlayıb, lakin siz onu unutmusunuz.”

Bu gün peyğəmbərlərdən biri Allahdan soruşdu ki, ölüləri necə dirildəcək? Allah ona buyurdu ki, qəbirlərin üzərinə su səpsin və o qəbirlərin üzərinə su səpdikdən sonra ölülər dirildilər və onların sayı 30 min idi. Odur ki bu gün su səpmək adət oldu.”
Mənbə:” Müstədrəkül-vəsail” c.6, s. 353/(SizinYol)


Bənzər Olanlar