Paylaş
Facebook Twitter Google+

Ramazan ayının səkkizinci günündə Allah-Taaladan (c.c) hansı əməlləri istəyək?!

Ramal Əmiraslanov

2019-05-14 08:03:23 1964 Məqalələr

Ramazan ayının səkkizinci günunun duası:
İlahi! Mənə bu gündə yetimlərə mehriban olmağı nəsib et!
İlahi! Mənə bu gün kasıbları doydurmağı nəsib et!
İlahi! Mənə bu gün müsəlmanlara salam verməklə dua etməyi nəsib et!
İlahi! Mənə bu gün yaxşı insanlarla oturub-durmağı nəsib et!

Hədislərə əsasən yetimlərə mehribanlıq göstərməyin təsirləri:

1-Yetimə dəstək behişt qazandırar!
İslam Peyğəmbər (s) buyurmuşdu: “Hər kim yetimə sahib çıxa ondan ehtiyacsız olan vaxta qədər, Allah-Taala (c.c) behişti ona vacib edər!” (1)

2- Yetimə nəvaziş savab qazandıran əməl!
  İmam Əli (ə) buyurmuşdu: “Mömin kişi və qadınlardan hər kim yetimin başına əl çəkərsə, (onun ehtiyacını təmin etmək üçün iş görərsə) Allah-Taala (c.c) yetimin başında olan hər tükə görə, onun üçün bir həsənə (savab) yazar.” (2)

3-Yetimə diqqət daşürəkliliyi aradan aparar!
Bir kişi Hz Peyğəmbərin (s) yanınan gələrək daşürəkliliyindən şikayət etdi!
İslam Peyğəmbəri (s) buyurdu: “Aya istəyirsənmi qəlbin yumuşalsın və hacətlərin qəbul olsun?! Yetimlə mehriban davran, əlini onun başına çək və yeməklərindən ona da yedizdir!” (3)

4-Yetimə dəstək olunan ev Allah yanında ən yaxşı evdir:
İslam Peyğəmbəri (s) buyurmuşdu: “ (Allah-Taala (c.c) dərgahında) evlərin ən yaxşısı o evdir ki, onda bir yetim vardır ki, ona kömək olunur. Evlərin ən pisi o evdir ki, onda yetimlə pis rəftar olunur.” (4)


1- Biharul-Ənvar, cild-75, səh: 4,
2- Yenə orada,
3-Mizanul-Hikmə, cild: 10, hədis: 22586
4-Mustədrəkul-Vəsail, cild-2, səh: 474.-sualcavab


 

Bənzər Olanlar