Paylaş
Facebook Twitter Google+

Əxlaqi terminlərdə işlənilən ÖVLİYAULLAHIN MƏNASI NƏDİR?

Ramal Əmiraslanov

2019-07-03 08:11:25 947 Məqalələr

Övliyaullahın mənasına diqqət edirək.

Birincisi: Əhli-beyt (ə) Qurani-Kərimin həqiqi təfsirçiləridirlər. Quran itrətsiz və itrət də Quransız mümkün deyildir. Hər 2 məzhəb kitablarında nəql olunan “Səqəleyn” hədisində, Peyğəmbəri-Əkrəm (s) Əhli-beytlə (ə) Allah kitabının səqəleyn – 2 qiymətli əmanət olmasına işarə etmişdir. Bundan sonra hədislər necə sənəd sayılmaya bilər? İslam fiqhi, icma, ağıl və mütəvatir hədislərin və Quranın əsasındadır ki, onların sənədində heç bir çatışmamazlıq yoxdur. Necə mümkündür, o kəs ki, hədisdən və hədis tanımadan heç bir məlumatı yoxdur, hədisləri rədd etsin və ya onları natamam hesab etsin?!

İkincisi: İlahi övliyalar həmin o insanlardır ki, Quran və Əhli-beytin (ə) tərbiyəsini almışdırlar və həyatlarını dinin çəkdiyi xətt üzrə təşkil etmişdirlər. Təqva və əməli salehliklə elə bir məqama çatmışdılar ki, Quran onları “Övliyaullah” adlandırır.

Onların ən ali mükafatları təqvalarıdır ki, bu da kəramət tacıdır. Belə ki, Allah Quranda onları belə tanıtmışdır.

Ayətullah Behcət İlahi övliyaullahın bariz nümunəsi idi ki, həyatını Allaha, Rəsula (s) və Əhli Beytə (ə) itaətə sərf etmişdi. Allah ona qəni-qəni rəhmət eləsin! -Hazırladı: Məşhədi Xanım,
 

Bənzər Olanlar