Paylaş
Facebook Twitter Google+

İslam maarifinə əsasən ixlasa çatmağın iki yolu!!

Ramal Əmiraslanov

2020-01-07 08:43:40 829 Məqalələr

İxlası əldə etmək – çox çətin işlərdəndir. Çünki şeytan (lən) daima insanın ardıncadır və imkan vermir ki, ixlaslı olsun. Bu məlun, hiylə işlədər və insanı qəflətə salar.

 

İxlası əldə etməkdə iki mövzu çox mühümdür.

 

Birinci mövzu budur ki, insan düşünsün ki, Allahdan başqa ona heç kəs yardım edə bilməz. Çünki, bütün işlərin açarı Allahın əlindədir. İnsanın, Allahın tək və qüdrətli olmasına lazımlı qədər etiqadı olmalıdır. Yəqinə çatmalıdır ki, başqalarının əlindən bir şey gəlmir. Heyif deyildirmi ki, insan cavanlığını Allahdan qeyrisi üçün sərf etsin?!

İnsan əgər təfəkkür etsə, görər ki, Allahdan başqa heç bir şeyin dəyəri yoxdur. Bunun sayəsində batinində ixlas toxumları əkilməyə başlayar.

 

Mühüm olan ikinci mövzu isə budur ki, hər kim ixlasa malik olmaq istəyirsə, gərək daima nəfsinə nəzarət etsin. Nəql edirlər ki, Ayətullah Bürucerdi ömrünün axır saatlarında narahat halda demişdir: “Ömrüm gedib və ölüm gəlib çatmışdır. Bu dünyadan əliboş gedirəm. Allahım! Nə edim?!”.

 

Alimlərdən biri deyir: “Ağacan, siz niyə belə sözlər deyirsiniz? Əlhəmdulilləh, siz bərəkətli ömrə malik olmusunuz. Uzun illər dərs oxumusunuz, fiqh elminin zirvəsinə qalxmısınız. Yüzlərlə şagird tərbiyə etmisiniz. İnsanlar sizə təqlid edirlər. Özünüzdən sonra çox şeylər qoymusunuz. Bəs niyə bu sözləri deyirsiniz?”.

Ayətullah qulaq asandan sonra buyurur: “Əməlini Allaha xatir ixlaslı et. Çünki Qiyamət günündə o kəs ki, əməllərini mühasibə edər – agah olar”./Deyerler.

Bənzər Olanlar