Paylaş
Facebook Twitter Google+

İmam Hüseyn (ə), Müslimin şəhadət xəbərini eşidən zaman nə dedi?

Ramal Əmiraslanov

2019-09-17 07:17:37 1398 Məqalələr

İmam Hüseyn (ə) karvanı öz hərəkətini Məkkədən başlayır və yolda çox sayda hadisələr ilə qarşılaşır. Bu hadisələrin hər birində İmamın (ə) göstərdiyi reaksiyalar bizim üçün örnək və nümunə olmalıdır.
 

İmamın (ə) karvanı Zəbalə adlı məkana gəlib çatan zaman Müslimin şəhadət xəbəri İmama (ə) çatdırılır. İmam (ə) bu xəbəri öz səhabələrinə çatdırır.

O kəslər ki, dünyapərəst idilər, bu xəbəri eşidən zaman İmamın (ə) ətrafından dağılmağa başladılar. Karvanda İmamın (ə) ailəsi və ən yaxın səhabələri qaldı.

 
Hədisi nəql edən yazır: “O zaman ki, Müslimin şəhadət xəbəri gəlib çatır, ağlamaq səsləri səhranı bürüyür. Sonra İmam (ə), Allahın dəvət etdiyi məqsidinə tərəf hərəkət etməyə başlayır.
 

Fərzəd adlı şair İmamın (ə) xidmətinə gəlir və deyir: “Ey Peyğəmbər (s) övladı! Niyə Kufə əhlinə etimad edirsən? Onlar sənin əmin oğlu Müslimi və yoldaşlarını öldürüblər”.
 

Bu zaman İmamın (ə) gözlərindən yaş axmağa başladı. Həzrət (ə) buyurdu: “Allah Müslimə rəhmət etsin. O, Allahın behişt və rizvanına çatdı. Müslim öhdəsində olan vəzifəsini yerinə yetirdi. İndi bizim növbəmizdir ki, bizim boynumuzda olana əməl edək”.

 
Sonra bu məzmunda şeir dedi:

“Əgər dünya, dünyapərəstlərin gözündə dəyərlidirsə, bizim üçün haqqın mükafatı daha dəyərli və daha üstündür.

Baxmayaraq ki, ölüm bizim bədənimiz üçün təbiidir, dost yolunda öldürülmək bizim üçün iftixardır.

Bizim dünya ruzimiz təqdir olunsa da, gözəli odur ki, hərislik tələbini qəlbimizdə azaldaq.

Çünki mal toplamağın aqibəti onu tərk etməkdir. Bu cür mala simic olmaq nə üçündür?”.                                                                

Bənzər Olanlar