Paylaş
Facebook Twitter Google+

Həzrət Zəhranın (s.ə) məqamı əhli-təsənnünün nəzərində...

Ramal Əmiraslanov

2020-01-15 08:00:23 1136 Məqalələr

Həzrət Zəhranın (ə) ali məqamı ilə bağlı çox sayda kitablar yazılmış və çox sayda sözlər deyilmişdir. Ancaq buna baxmayaraq, bütün bunlar Xanımın (s.ə) fəzilət okeanının bir damcısını belə etmir.

 

Şübhəsiz ki, əziz Peyğəmbərin (s) gözünün nuru olan Həzrət Fatimə (s.ə) haqqında dedikləri – öz sözləri deyildir. Belə ki, Allah Təala Peyğəmbər (s) barəsində buyurmuşdur: “O, (Qur’anın və ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır. Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir”. (“Nəcm” 3-4).

 

Həzrət Fatimənin (s.ə) atası yanında məqamı böyük idi və bunu o cümlədən, əhli-təsənnün alimləri də etiraf edirlər. Bunu əhli-təsənnündən nəql edilən hədislərdə də görmək olur. (Həvzəh)

 

Həzrət Peyğəmbər (s) buyurur: “Fatimə (s.ə) – mənim bədənimin bir parçasıdır, hər kim onu qəzəbləndirər, məni qəzəbləndirmiş olar”.

 

“Həqiqətən, də Fatimə (s.ə) mənim bir parçamdır. Hər kim onu incidər, məni incitmiş olar”.

 

Həzrət Peyğəmbər (s) Həzrət Zəhraya (s.ə) buyurur: “Allah sənin qəzəbinlə qəzəblənər və razılığın üçün razı olar”.

 

Mustədrək Aişədən nəql edir ki, Fatiməyə (s.ə) deyibdir: “Sənə o şeyi müjdə verim ki, Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “Behişt qadınlarının sərvəri dörd qadındır: İmranın qızı Məryəm (s.ə), Muhəmmədin (s) qızı Fatimə (s.ə), Xuvəylədin qızı Xədicə (s.ə), Məzahimin qızı Asiya (s.ə)””.

 

İbni Abbas nəql edir: “Peyğəmbər (s) buyurub: Qızım Fatimə (s.ə) huridir. Ona görə Fatimə adlandırılıb ki, Allah onu və onu sevənləri oddan uzaq etmişdir””.

 

Əhməd ibni Hənbəl nəql edir: “Peyğəmbər (s) nə zaman səfərə getsə idi, son görüşünü Fatimə (s.ə) ilə qərar verərdi. Nə zaman qayıtsa idi, ilk görüşünə getdiyi insan Fatimə (s.ə) olardı”.

 

Tirmizi Aişədən nəql edir: “Heç kəsi Fatimə (s.ə) qədər Peyğəmbərə (s) sima, dəlil və hidayət cəhətdən bənzədiyini görmədim. O, nə zaman Peyğəmbərin (s) yanına gəlsə idi, ayağa qalxar və onu öpər və öz yerində əyləşdirərdi”.

 

Mustədrək nəql edir: “Peyğəmbər (s) buyurur: “O zaman ki, Qiyamət gəlib çatar, carçı ərşin daxilindən car çəkər: “Ey hazır olanlar, cəmlənin! Başınızı aşağı salıb, gözlərinizi bağlayın ki, Muhəmmədin (s) qızı Fatimə (s.ə) Siratdan keçəcəkdir”. O, hurilərdən olan 70 min kənizlə işıq surətilə keçər”.

 

Allah Təala bizləri Həzrət Zəhranı (s.ə) sevənlərdən qərar versin, inşəallah!/Deyerler.

 

Bənzər Olanlar