Paylaş
Facebook Twitter Google+

Ağılı olmayanın dini olmaz!! Bu cümlənin izahı nədir?!

Ramal Əmiraslanov

2020-01-22 11:37:51 879 Məqalələr

Həzrət Rəsulallah (s) buyurur: “Bütün yaxşılıqlar ağılla tanınır, dərk olunur. O kəsin ki, ağılı yoxdur – onun dini yoxdur”. Bütün gözəlliklər, yaxşılıqlar, aliliklər ağılla tanınır, dərk olunur. O, ağıldır ki, bizə haqqın və batilin nə olduğunu anlamağa kömək edir. O, ağıldır ki, fəzilətləri və rəzilətləri ayırd etməyə imkan verir. O, ağıldır ki, bizə Allaha bəndə olduqda hansı gözəlliklərə çatdığını, Allahdan uzaq düşdükdə hansı çətin vəziyyətə düşdüyünü anlamağa kömək edir.

Ağılın sayəsində dürüstlüyün nə qədər gözəl olduğunu, yalanın nə qədər pis olduğunu dərk edirik. Bütün gözəlliklər, fəzilətlər, aliliklər ağılla dərk edilir. Ona görə də Peyğəmbərimiz (s) bəyan edir ki, bütün aliliklər, yaxşılıqlar, gözəlliklər ağılla dərk olunur və bu səbəbdən ağılı olmayanın dini də yoxdur.

 

Hətta zahirən gözəl, yaxşı görsənən mövzular əgər ağılla deyil, kor-koranəliklə yaşanarsa, ağıla, dərk söykənmədiyi üçün bir gün həmin kor-koranəliklə insanı uçuruma aparar. Küyə düşməklə yaxşı şeylərin ardınca gedən insan, bir gün həmin cür küyə düşməklə mənfi şeylərin də ardınca gedə bilər.

Ağıl olmayan yerdə din, inanc bünövrəyə söykənmir, növbəti fırtınalarda əldən verilə bilər.

 

Dinimizin çağırışı budur ki, bizlər şüur, əqlaniyyət, dərk dalınca gedək. İnancımız təfəkkürə, təəqqülə, dərkə çağırış edir. Bizlər anlamalıyıq ki, dinimizin mövzularını, çatdırışlarını, incəliklərini anlamaq – ağıldan keçir.

 

Bənzər Olanlar