Paylaş
Facebook Twitter Google+

Fitri bəndəlik hissi və onun məhv olmasının səbəbləri:

Yusif Əliyev

2015-03-11 13:39:04 1954 Məqalələr

İnsanlar yaradılışdan bəndəliyə meyilli fitrətlə xəlq olunmuşlar. Quran buyurur: " Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir, Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?! Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?" Yasin surəsi, 60-62.

Belə bir halda ki, Din firti inancdır. Bəs nə üçün bəziləri Allaha və dinə inanmırlar?

Cavab: Dinə inanmaq insanların daxilində yerləşdirilmiş bir ilahi töhfədir. Çünki insanın kamalata çatması üçün hər bir ağıllı varlıq bunu hiss etməlidir. Hissini inkişaf etdirmək üçün isə dərk etməyə məcburdur. Bəzi insanlar varlığın qaynağını tanımaqda isə səhv yolda addım atmağa başlayır. Necə ki, körpə anasının südünü gəzi amma süni bir südü yeməyə başlayır. 


Bəndəlik hissinin, ilahi fitrətdə məhv olmasının səbəbləri:
1-Başqalarından kor-korana təqlid etmək, yəni deyilənlərin haqq və batil olmasını düşünmədən əməl etmək, 

2-Maddiyyatda qərq olub heç bir şey haqda düşünməmək,

3-Ətraf mühitdən təsirlənmək, Necə ki, həzrət Musanın (ə) qövmü haqda tarixdə nəql olunur: Həzrət Bəni İsraillə bir şəhərə girdikdə, onlar həzrətə dedilər: Bizim üçün də bütdən Allah seç?!" Əraf, 138.

4-Pis insanla dostluq etmək, Nə qədərdir insanlar ki, yaxşıdırlar, yaxşıyı pisdən ayıra bilirlər, amma pis dostları onları haqq yoldan azdırırlar. 

Qurani Kərim buyurur: "Yolunu azmış insan qiyamətdə deyər: Ey kaş! Filan şəxslə dost olmayaydım, o məni Allah yolundan azdırdı və ilahi zikrimi əlimdən aldı." Furqan/29-30.
5-Çaşdırıcı təbliğatların təsirində batili haqq və haqqı batil görmək, Necə ki, Firon, qövmü arasında təbliğat apardı ki, mən sizin ən böyük tərbiyəçinizəm. Sonda bu təbliğat hamı tərəfindən qəbul olundu və Firon Allaha qarşı küfr edərək Xaliq olmasın ıddia edərək müşriklik etməyə başladı. Naziat/24.

6-Din düşmənləri tərəfindən hədələnərək qorxudulma,

7-Batil din və yolunuazmış məktəblərin fikir və əqidələri qarşısında özünü itirərək yolunu azmaq,

8-Çoxluğun istəyi qarşısında təslim olmaq, Bilir ki, çoxluq haqq simvolu deyil amma cəmiyyət qarşısında rüsvay və məqamını itirməmək üçün əksərin sözünü qəbul etməyə hazırdır. 
9-Başqalarının lağ mövzusuna çevrilməmək üçün düzgün yol və haqq sözü danışmaqdan çəkinir. 

10-Nəfsi istəklər və daxili həvəslərə görə fitri həqəqətlərin üzərə çıxmasına mane olur.

Hazırladı: Höccətul İslam: Yusif Əliyev.

Mgeo.ge

Bənzər Olanlar