Paylaş
Facebook Twitter Google+

Kərbəlanin həqiqəti və hədəfləri İmam Hüseynin (ə) öz dilindən - İmamın (ə) məktubu

Ramal Əmiraslanov

2018-09-12 11:13:36 1686 Məqalələr

İmam Hüseyn (ə) Məkkədən Kərbəlaya yola düşərkən qardaşı Hənəfiyyəyə öz qiyam səbəblərini və hədəflərini açıqlayan bir məktub verir.

 

İslaminSesi.info - Bir çoxları Kərbəla hadisəsi barədə müxtəlif fikirlər, müxtəlif rəylər irəli sürürlər. Bəziləri hətta İmamın hakimiyyət davası etdiyini belə deməyə cəsarət tapırlar. Bu cür baxışlar ya məlumatsızlığdan, ya da xəbisliydən doğur. Çünki, əgər belə olmuş olsaydı İmam (ə) öz əyalı ilə səfərə çıxmaz, yaxud Kərbəla çölündə 100-ə yaxın silahdaşı ilə 30minlik (hətta 50min yazan da var) ir ordunun qarşısına çıxmazdı. Yaxud aman istəyib, itaət edib geri qayıdardı.

 

 

Həzrət İmam Hüseyn (ə) Məkkədən, həcc mərasimini yarımçıq qoyaraq Kərbəla istiqamətinə hərəkətə başlayır. İmam (ə) səfər öncə qardaşı Hənəfiyyəyə məktub yazır. İmam (ə) bu məktubla öz qiyamının səbəb və hədəflərini aydın şəkildə izah edir. Məktubda bir çox mühüm amillər qeyd edilib. İmam (ə) məktubunda öz qiyamının səbəbinə toxunaraq 3 mətləbi önə çəkib. Bu amillər hər biri özü özlüyündə geniş açıqlanılmalı və təhlil olunmalıdır:

1-Ümmətin islahı
2-Pislikdən çəkindiri yaxşılığa dəvət
3-Peyğəmbərin (s) və Əlinin (ə) yolunu davam etmək (tağutla mübarizə).

بسم الله الرحمن الرحيم - هذا ما أوصى به الحسين بن علي بن أبى طالب إلى أخيه محمد المعروف بابن الحنفية ان الحسين يشهد أن لا اله إلا الله وحده لا شريك له وان محمدا عبده ورسوله ، جاء بالحق من عند الحق ، وأن الجنة والنار حق ، وأن الساعة آتية لا ريب فيها ، وأن الله يبعث من في القبور ، وانى لم أخرج أشرا ولا بطرا ولا مفسدا ولا ظالما وانما خرجت لطلب الإصلاح في أمة جدي ( ص ) ، أريد أن آمر بالمعروف وأنهى عن المنكر ، وأسير بسيرة جدي وأبى على بن أبى طالب فمن قبلني بقبول الحق فالله أولى بالحق ومن رد على هذا أصبر حتى يقضى الله بينى وبين القوم بالحق وهو خير الحاكمين وهذه وصيتي يا أخي إليك وما توفيقي الا بالله عليه توكلت واليه أنيب . ثم طوى الحسين الكتاب وختمه بخاتمه ودفعه إلى أخيه محمد ثم ودعه وخرج في جوف الليل ( 2 ) .

"Bismilləhir-rəhmanir-rəhim.


Bu Hüseyn ibn Əlinin Hənəfiyyə kimi tanınan qardaşı Muhəmmədə vəsiyyətidir.


Hüseyn şəhadət verir ki, heç bir şəriki olmayan Allahdan qeyri məbud yoxdur. Muhəmməd (s) Onun qulu və rəsuludur. O (s) Haqq Təala tərəfindən haqq olaraq göndərilmişdir. Cənnət və cəhənnəm haqdır. Qiyamətin gəlişində heç bir şübhə yoxdur. Həqiqətət Allah qəbirdə olanları dirildəcəkdir.
Mən şərr, kibr, zülüm və qarışığlığ məqsədi ilə qiyam etmirəm.
Mən babam Peyğəmbərin (s) ümmətini islah etmək, pisliklərdən çəkindirib yaxşılığa dəvət və Atamın və Babamın yolunu yaşatmaq üçün ayağa qalxıram. Kim məni haqq bisə Allah böyükdür, kim məni inkar etsə mən səbr edərəm Allah Özü mənim və o inkar edən tayfa arasında ədalətlə hökm eləsin. O ən yaxşı hakimdir.

Ey qardaşım bu mənim sənə olan vəsiyyətimdir. Mənim tofiqim yalnız Allahdandır. Ona təvəkkül edir və Ona doğru dönürəm".

 

Sonra İmam (ə) öz üzüyü ilə məktubu möhürləyib qardaşına verdi və vidalaşıb gecə yarısı yola düşdü.


Kərbəla hadisəsi öyrənildikcə, oxunduqca bitməyən bir məktəb, sevildikcə aşiqlərini yandıran bir şamdır.

Bənzər Olanlar