Paylaş
Facebook Twitter Google+

Qurani Kərimin ayələrinə əsasən Xasiranlar kimlərdir və hansı xüsusiyyətlərə malikdirlər?!

Ramal Əmiraslanov

2020-02-25 10:57:02 895 Məqalələr

Qurani-Kərimdə insanlar bir neçə dəstəyə bölünüb və onlar haqqında bizə məlumat verilmşdir. Bu da bizə yardım edir ki, hansı dəstəyə aid olduğumuzu bilək.

Allah Təala ziyan çəkənləri bizə tanıtmışdır.  Bəs xasiranlar kimlərdir?

Allah Təala buyurmuşdur ki, xasiranlar – o kəslərdir ki, mənəvi sərmayələrini əldən veriblər. Sonra bu insanların özünəməxsus sifətlərini bizə tanıtmışdır:
 
1. O kəslər ki, özlərinə və yaxınlarına ziyan vurarlar.

2. Onlar iqtisadi və siyasi fəsadı yaymaqla məşğuldurlar. Beytul-malı ələ keçirtmək – bu fəsadlardan biridir.

3. O kəslər ki, övladlarını öldürürlər və ya qorxu bəhanəsi ilə onları şikəst edirlər ki, həyatlarına davam edə bilməsinlər (abort etmək kimi).

4. Onların hədəfi – ancaq mal-dövlət toplamaqdır. Onlar bu malları haram yoldan əldə edərlər.

5. Onların iman və əqidəsi zəif olduğu üçün, hər bir külək əsən zaman titrəyərlər. Hansı tərəfə istəsələr, o tərəfə gedərlər.

6. Onlar üçün insanların fikri, Allahın fikrindən daha üstündür. Onların əməlləri xalis olmur.

7. Onlar kafirlərin sözlərinə qulaq asar və onların əmrini yerinə yetirərlər.  Quranın nəzərinə görə bu insanlar həqiqi ziyankarlardır.  Allah Taəal bizləri bu bəladan Özü qorusun!/Deyerler.

Bənzər Olanlar