Paylaş
Facebook Twitter Google+

HƏR KIMDƏ BU ÜÇ ŞEY OLARSA, IMANIN DADINI BILƏR?!

Ramal Əmiraslanov

2017-09-19 12:14:50 349 Məqalələr

Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey vardır ki, hər kimdə bu üç şey olmazsa imanının dadını hiss etməz: Allah Təalanın haram buyurduğu şeylərdən onu saxlayan pəhriz, cahilin cəhlini geri qaytaran mülayimlik, xəlq ilə mehriban olmağa səbəb olan gözəl xasiyyət”.



Həzrət (s) buyurur ki, hər kimdə bu üç şey olmazsa, imanın dadını hiss etməz. Yəni, bu üç sifət olmazsa, yəqini qüvvətlənməz və imanı zəif olar. Əgər fasiq insan olarsa, insanlara qəzəblənərsə və hər istədiyini edərsə – bu insan imanın dadını hiss edə bilməz. (Həvzəh/Deyerler)



Allah Təala Öz səma Kitabında həqiqi imana malik olanları mədh edərək, buyurmuşdur: “Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət), Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”. (“Maidə” 54).



Lakin o kəs ki, həm mömin və həm də kafir ilə eyni cür rəftar edər – onun da imanı kamil olmaz. Çünki əmr-be-məruf və nəhy-əz-munkəri unutmuş olar. Süfyan Suri buyurur: “Əgər bir alimi görsən ki, həm yaxşı və həm də pis qonşuları onu sevirlər, bil ki, o, ikiüzlüdür. Yəni, əgər haqqı deyən olsaydı, pislər onu sevməzdilər”.



Ona görə də həqiqi mömin gərək Peyğəmbərin (s) tövsiyə etdiyi bu üç sifətə diqqət etsin və eyni zamanda mömin ilə kafir arasındakı rəftarına da fərq qoya bilsin./ahliman.info

 

Bənzər Olanlar