Paylaş
Facebook Twitter Google+

İmam Zaman (a.c) haqqinda suallara cavab

Cəfər Huseyni

2015-11-07 18:18:59 1195 Məqalələr

1.Imam Mehdi (a.c) hansi şərayitdə zühür edecekdir?

Cavab.Rəvayətlardan əldə etdiymiz kimi, imamin zühuru iki əsas şərtə bağlıdır

1.dünya xaliqlarının fikiri hazirliğı.Belə ki, butun insanlar yalnız həzreti Mehdinin Hakimiyyeti ilə həqiqi səadət ve xoşbəxtliyə çata biləcəklərini dərk etməlidirlər.Onlar yalniz o həzrətin hakimiyyetini istemeli ve böyuk eşklə onu qarşılamalidirlar.

2.İnsanlar onlara qarşı edilən zülüm və haksizlığı dərk etmelidirler.

Beləki onlara üz gətirən haqsızlıqdan qəzəblənərək zalima qarşı çıxmalı,zulma boyun əyməyərək yaşayıb, öz imamını qarşılamağa can atmalıdırlar.Lakin zülmü hiss edib,amma fikiri hazirliqlari olmadığına görə onu devirməyə can atmasalar,Abbasi xlifələrinin zamaninda yaşamış insanlarin gununə duşəcəklər.Necəki,onlara yunan fəlsəfəsi öyrətməklə `cəbr` təlqin edilmiş,nəticədə onlar zülüm ve haqsizliqlarin qarşısında susub,zülmü dərk etmek istəməsələr,yenədə imam zühur etməyəcəkdir.Çünki imamı lazim olduğu şəkildə qarşılamaq vacibdir.belə olduqda ya Imam butun Insanların boynunu vurmalı (imam kutləvi qirğın törətmək uçun gəlməmişdir)ya da duştuyu bu şəraitde yaşamağla razilaşmalidir ki,bu da onun zuhurunun hədəfi ile əsaslı zidiyyət təşkil edir.

2.biz imamin zuhuruna nece hazır ola bilerik ?

əxlaqi dəyarlara yiyəlanmaklə mənəviyyatimızı formalaşdırıb imamaı özmüzden razı salmalıyiq.İmam bizdən razı olduğu taqdirdə,sözsüz ki,onun sevdiyi insanlardan və haqiqi şiyəlardən olacağiq.Həmçenin Allahdan o hezretin (ə.c)zühurunu

 

tezlaşdirməsini istəməliyik.biz duanin,imamin zühurunun tezlaşməsinə olan təsirinə inanmalıyıq.Çünki təmiz niyyətlə edilən dua,zülm və haqsızliğın dərk edilməsinin və imamın cahanşümul hakimiyyətinə olan bağlıliğın təzahürüdür.

3.Əhli sünnə ardicilları də,şiə məzhəbinin etiqad bəslədiyi kimi imam Mehdiyə inanırlarmı?

Cavab: bu suala cavab vermək üçün bir neçe əhli sünnə aliminin sözlarini nezernize çatdirirq.Suveydi:bütün alimlerin fikirince ,imam Mehdi dünyanin sonunda  qiyam edecek və yer üzünü ədaletle dolduracaqdırş.(zəhəb,səh 78)

Ibn Əbil Hədid:Bütün müsəlmanlar buna etiqad bəsləyir ki,zamanənin sonunda

Əhli Beytdən (ə) olan bir kişi ayağa qalxacaq,dini təsdiq, ədaleti barpa edəcəkdir.Bütün müsəlmanlar ona itaət edəcəklər. Onun adı Mehdidir.(ibn Xəldunun müqəddiməsi,səh. 362)

4.imamin anası kimdir və imam Həsan Əskəri ilə nece evlənmişdir?

Cavab:İmamin anası Rum qeysərinin nəvəsi nərcis xanimdir.o xanimin anası,İsanın (ə) canişini Şamunun nəsilindəndir.İmam Hadi (ə) Nərcis xanımı  əsirlikdən azad etmiş və oğlu Həsən Əskəri ilə evləndirmişdir.O xanim ismət və təqva baxımından dövrünün ən üstün qadınlarından olmuşdur.

5.Əgər imam Mehdi sağdırsa bes biz niyə imamı görmürük?

Cavab:bizim imamı görməməyimiz məlum deyil.ola bilər biz o hezreti görek,lakin onu tanımayaq.Qeybətin menası onun gözlərdən gizli olmasında deyil,onu görüb tanimamaqdır.imam zaman öz yüksek elmi sayesində insanlarla bir yerdə yaşamasına baxmayaraq özünü onlara tanıtdırmır.

6.Həzrəti Mehdinin (ə) kiçik qeybətinin səbəbi nədir?

Cavab:imam Həsen Eskəriyə qədər,şiələr fiqhi,etiqadi suallarını imamın özündən soruşur və onların naiblərinə az muraciət edərdilər,o zamanlarda şiələrin müctehid olmalarinada ehtiyac duyulmurdu.amma imamın kiçik qeybəti dövründə fiqh, üsul,elimlərini araşdırmağa başladılar və tədqiqtlar zamanı hansısa bir problemlə rastlaştiqda naiblərə muraciət edir və naiblərdə  imamdan bu məsələnin həllini soruşur,onlara çatdırırdılar.Habelə o həzretin yavaş yavaş kiçik qeybəti ilə büyük qeybətə hazırlaşırdi.

7.Niyə imam Mehdinin zühurunun vaxti təyin edilmımişdir?ən azindan bu , xas insanlara deyilməli deyildimi?

Cavab:İmam Mehdinin zühuru dünya xaliqlarinin buna zəmin yaratmasına bağlıdır.bu hazırlıq insanların təfekkür tərzi və rəftarı ilə əlaqəli olduğuna görə zühurunun nə vaxt baş verməsi üçün deqiq vaxt təyin etmək mümkin deyil.Digər tərəfdən ,əgər zühur üçün vaxt təyin edilseydi xalq intizar halinda olmaz,o həzrətə olan məhəbbət hisslərini əldən verər və o hezretin zühurunun tez olması üçün dua etməzdilər.beləliklə zühurun yaxınlaşması üçün görülməsi lazim olan işlər icra edilməyəcək  və get gedə əsil məsələ yaddan çıxacaqdır.

     Xüsusi məqam sahibləri də intizar çəkmalidirlər.Hətta Allahın özü də intizar çəkir.bu fərqlə ki Allah zühurun nə vaxt olacağını bilir.lakin insanların haçan bu müqəddəs işə hazır olacağını gözləyir.

8.İnsanlar əsirlər boyu imamın zühurunu gözləmələrinə baxmayaraq,nə üçün imam zühur etdikdən sonra az yaşayacaq?

Cavab:İmam Mehdi(ə)qiyamını yer üzündə ədalət və islamın bərpası üçün edir.O vezifesini yerine yetirdikdən sonra Allahina qovuşacaqdır.çünki dünya ilahi övliyalar üçün zindandır.Zühurdan sonraki dünya zühurdan öncəki dünya ilə əsaslı fərqlənsə də axirətlə müqayisədə yenədə qanunlu zindana oxşayacaqdır.



Bənzər Olanlar