Paylaş
Facebook Twitter Google+

Quran Kərim: Beş dəstə insanlara infaq etmək daha çox bəyənilir!

Yusif Əliyev

2015-03-16 16:13:00 1687 Məqalələr

Bağışlamaq çox bəyənilən əməllərdəndir. İstər verdiyin insan dindar olsun, istərsə də dində olmasın. Dinimiz infaq etməyi bəyənilən əməllərdən hesab edir. Peyğəmbərimz (s) məsum İmamlar çox bağışlayan insan olmuşlar və infaq mövzusunda həmişə başqalarından fərqlənirdilər. 

Quran buyurur: “Səndən (Allah yolunda) nə xərcləmələrini soruşurlar, de: «(Malın növü mühüm deyil, mühüm odur ki,)xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun. Şübhəsiz Allah etdiyiniz hər bir yaxşı işi bilir”. “Bəqərə” 215.

Bu ayədə 5 dəstə insana işarə edilmişdir.

 1. Quranın nəzərinə görə infaq üçün ən layiqli insanlar - ata və anadır.

 2. İkinci dərəcədə ən yaxın qohumlar nəzərdə tutulur. bacı, qardaş, xala, bibi kimi  

 3. Üçüncü sırada yetimlər durur. İslam Peyğəmbəri (s): Yetimlərə edilən yardım gərək davamlı və tərtiblə olsun.

 4. Yoxsullar dördüncü sırada gəlir. O dəstə insanlar ki, sanki torpağa düşübdür və hərəkət etməsi üçün gücü yoxdur.

 5. Yolda qalmışlar beşinci sırada gəlir. imkanlarını səfərdə itirmişlər və ya oğurlatmışlar.


İnfaqın dəyəri haqda 3 hədis: 

-Peyğəmbərdən (s) nəql olunur: “Əgər kimsə möminin işindəki düyünü açar və hacətini yerinə yetirər o kəs kimi olar ki, Allaha 9 min il ibadət etmişdir. Gündüzləri oruc və gecələri ibadətdə keçirtmişdir””.

-İmam Sadiq (ə) buyurur: “Cümə günü iki mələk bu cür dua edər: “Allahım, hər infaq edənə əvəzini əta et və hər simici malının tələf olmasına düçar et””.

-İmam Həsənə (ə) simicliklə bağlı sual verirlər. Həzrət (ə) belə cavab verir: “Mənası budur ki, insan o şeyi ki, başqasına infaq edir və ya kömək edir – belə fikirləşər ki, əldən verdi və tələf oldu. O şeyi ki, saxlayıb – xəyal edər ki, onun üçün qalıbdır, şərafət və şəxsiyyətinə səbəb olacaqdır”.

Hoccətul İslam: Yusif Əliyev.

Mgeo.ge

Bənzər Olanlar