Paylaş
Facebook Twitter Google+

Ushaqlar üçün oxunan dastanlarda hansı cəhətlərə diqqət olunmalıdır?

Niyazi İsmayılov

2015-12-18 12:42:39 913 Məqalələr

Uşağa bəzi əxlaqi incəlikləri nağıl, hekayət şəkilində çatdırın. Belə ki, Qurani-Kərim hekayətləri (başqalarının başına gələnləri) qəflətləri aradan qaldırmaq vasitəsi kimi tanıtdırır. «Yusuf» surəsinin 111-ci ayəsində belə buyurulur: «Peyğəmbərlərin hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır...»Uşağa danışılan hekayətlərin bəzi xüsusiyyətləri olmalıdır, o cümlədən:

• Hekayətdə İlahi çalarlar olsun.
• Hekayəti danışmada tərbiyələndirmə və xatırlatma qəsdi olsun.
• Hekayəti danışarkən dinləyicinin yaşını və həmçinin, ruhi, əqli şəraitini nəzərə almaq lazımdır.
• Hekayəti danışarkən ifrat və təfritə, yalan və şayəyə və yaxud həqiqətdən qaçmaya yol verilməsin.
• Dinləyicinin zehni suallarına cavab versin.
• Ən yaxşı hekayət seçilsin.
• Hekayətlərdə haqq qələbə çalsın.
• Hekayətdəki şəxs hər cür əyrilikdən uzaq olsun.
• Hekayət qısa olsun.
 Unutmayın ki, «Uşaqlığında öyrənməyən, böyüyəndə inkişaf etməz». (Əli (ə))

Mgeo.ge

Bənzər Olanlar