Paylaş
Facebook Twitter Google+

Ramazan ayında şeytanın fəaliyyəti nəyə yönəlib?

Ramal Əmiraslanov

2019-05-12 10:15:07 437 Məqalələr

Şeytanın (lən) bu mübarək aydakı ən çox fəaliyyəti - bu ayın feyz və bərəkətini bizdən almağa çalışmaqdır. Əgər bir qədər diqqət etsək, görərik ki, bu ayda münaqişələrin və yersiz vaxt öldürməklərinin sayı kifayət qədər olur. Şeytan öz dostlarının yardımı ilə fitnə və münaqişə hazır edər və çalışar ki, insanlar bu mübarək aydan az tövfiq əldə etsinlər. (Tebyan)

 

Ramazan ayı demək, İlahi ziyafətə daxil olmaq deməkdir. İnsan nəfsinə deyər ki, bəsdir yedin, indi Allaha diqqət etmək, ibadət etmək zamanıdır. Biz Məhbubumuzla xəlvət etmək istəyirik və ancaq yediklərimiz bizi Ondan qafil edir.

 

Ancaq Ramazan ayı bizə o fürsəti verir ki, bütün diqqətimiz Məhbubumuzda olsun, Ona yaxınlaşmağa çalışaq.

 

Həzrət Peyğəmbər (s) buyurur ki, dolu mədə - şeytanın otlağıdır. Ona görə də şeytanın otlağını qurudub, onun təhriklərindən uzaq olaq.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Ey insanlar! Bu ayda behiştin qapıları açılar. Allahdan istəyin ki, onu sizə bağlamasın. Atəşin qapıları bağlıdır və Allahdan istəyin ki, onu sizə açmasın. Şeytanları bağlayıblar. Allahdan istəyin ki, onları sizə hakim etməsin”.

 

Bəli, Həzrət (s) buyurur ki, cəhənnəmin qapıları üzünüzə bağlıdır və Allahdan istəyin ki, elə bağlı da qalsın. Əksinə, behiştin qapıları açıqdır və Allahdan istəyin ki, onu bağlamasın. Bu mübarək ayı yersiz işlərlə keçirməyin və ondan axirət üçün azuqə toplayın.

 

Bəzən elə olur ki, insan Ramazan ayının son günlərində ibadətindən yorulur və bu zaman üzümüzə açılmış behişt qapılarını bağlaya bilərik. Əgər bu fürsətdən həqiqətən doğru istifadə edə bilməsək, behiştin qapılarını ürəyimizə bağlamış olarıq.

 

Bəzən də elə olur ki, hər bir nigarançılıq və təşviş bizi tərk edir. Nigaran deyilik ki, dünya malı əlimizdən gedəcəkdir, yoxsa yox. Bu, o deməkdir ki, behiştin qapıları üzümüzə yenidən açılmaqdadır. Əgər görsəniz ki, bu hal get-gedə artmaqdadır, bilin ki, behiştin qapılarının bağlanmasına imkan verməmisiniz. Ancaq əgər yenə hərislik və tamahkarlıq hiss etsəniz və dünya malı sizi özünə cəlb etsə bilin ki, bu qapıları yenidən bağlamaq istəyirsiniz.

 

Ramazan ayında şeytanları bağlasalar da, onlar işsiz oturmazlar. Əgər siz pis işlər görmək istəsəniz, şeytana fürsət vermiş olarsınız. Bu zaman sizə hakim olan şeytan bağlarından açılar və böyük bir tövfiqi əldən vermiş olarsınız. Bu zaman bu, sizsiniz ki, şeytanın yollarını ürəyinizə doğru açmısınız.

 

Qüdsi hədisdə oxuyuruq: “Oruc Məndəndir və Özüm onun əcriyəm”. (“Yəni, mükafatını Allah Özü verər).

 

Çünki heç bir ibadətdə bəndə bu qədər Allaha bənzəməz. İnsan oruc tutaraq, Haqqın ehtiyacsızlığının zühuru olur. Necə ki, Allahın yeməyə ehtiyacı yoxdur, oruc tutan da öz həddində bu cür halda olur. Allah buyurur ki, oruc tutanın mükafatını Mən özüm verərəm və heç kəsə tapşırmaram. Bu, orucun məqamının nişanəsidir.

 

İnsan oruc tutan zaman dünyadan uzaqlaşır və Allaha yaxınlaşır. Allahın sifətlərindən biri sizin qəlbinizdə təcəlli edər. Əgər oruc tutan insan hümmətini ali etsə və Haqqın istəyində olsa, Haqqın nuru qəlbinə nur saçar və insan İlahi qürbə yaxınlaşar. /Deyerler.

Bənzər Olanlar