Paylaş
Facebook Twitter Google+

Niyə görə insan Allahı yaddan çıxarır?

Cəfər Huseyni

2016-04-05 16:53:28 1142 Məqalələr

Quran ayələrində göstərilir ki, kafirlər, cinayətkarlar, müşriklər və ateistlər ilk yaradılış və son mənzili və bunun nəticəsində də Allahı yaddan çıxardılar. Quranda bu barədə belə buyurulur: ”Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!”[1]

Həmçinin başqa bir ayədə kafirlərin dilindən deyir: “(Məadı inkar edən müşriklər) dedilər: «Bizim bu dünya həyatımızdan başqa bir həyat yoxdur; daim ölürük və dirilirik və bizi yalnız zamanın keçməsi öldürür (mələklər zamanın keçməsi ilə ruhları bir bədəndən digərinə keçirirlər və arada başlanğıc söhbəti yoxdur).» Onların bu iddiaya bir (dair) bilikləri yoxdur. Onlar yalnız güman edirlər.”[2] Beləliklə Allah və axirəti yaddan çıxardılar.

Başqa bir ayədə qeyd edilir: «(Onlara deyərik:) «Belə isə, bu günkü günümüzün görüşünü unutmağınızın cəzasını (Cəhənnəmin əzabını) dadın, biz də sizi unutduq (Öz mərhəmətimizdən sildik)və etdiklərinizin cəzası olaraq dadın əbədi əzabı»[3].

Başqa bir ayədə kafirlərə belə xitab olunur: «Və (onlara) deyilər: «Siz (dünyada) bu günki görüşünüzü unutduğunuz kimi (Biz də) bu gün sizi unudacağıq (əzabın içində boşlayacağıq). Sizin yeriniz oddur və sizə əsla kömək edənlər olmayacaqdır.»[4]

Bu ayələrdən aşağıdakı nəticələr üzə çıxır:

1-      “Unutmaq” kəlməsinin mənasına baxdıqa belə məlum olur ki, teizm və Allahı tanımağın fitri kökləri vardır, kafirlər, müşriklər və günahkarlar dünya aludəçiliyinin təsiri altında onu yadan çırardırlar. Allahı unutmaq yalnız möminlər və ya kitab əhlinə şamil olmur. Yaradılış mənşəyi və axirət mənzilini qəbul etməyən hər bir kəs haqqında “unutmaq” deyimi işlədilir: Siz Allahı və axirəti yaddan çıxarmısınlz.

2-      Allahı unutmaq insanın özünü unutmasına səbəb olur. Bunun da dəlili aydındır. Çünki bir tərəfdən Yaradanı yaddan çıxarmaq insanın maddi ləzzətlər və heyvanı meyllərdə qərq olması, öz xilqətinin hədəf və qayəsini yaddan çıxarması və nəticədə sabahı – qiyamət günü üçün lazımı azuqə yığmaqdan qafil olmasına səbəb olur, başqa bir tərəfdən də Allahı yaddan çıxarmaq Onun pak sifətlərini – mütləq varlıq, sonsuz elm, hüdudsuz qüdrət Onundur, Ondan başqa hər bir şey Ona bağlı, Ona möhtac və Ondan yaranmışdır – yaddan çıxarmaqla sonunclanır. Bu da insanın özünü müstəqil, qəni və ehtiyacsız sanmasına səbəb olur. Beləliklə, öz insanlıq həqiqət və mahiyyətini yaddan çıxarır.[5]

3-      Bu ayələr, bütünlüklə, bizə anladırlar ki, Allahı yaddan çıxarmaq nəinki təkcə mümkündür, bəlkə də, təəssüflər olsun ki, bütün insanların düçar olduqları bir tendensiyadır. Əfsuslar olsun ki, hətta bir sıra müsəlmanlar da müxtəlif vəziyyətlərdə Allahı yaddan çıxarırlar. Lakin, bəzən bu unutqanlıq daimi olur, bu, çox təhlükəli və şiddətli axirət əzabına bais olan bir xəstəlikdir. Belə ki, Allah Quranda buyurur:” Allah onların qəlblərinə və qulaqlarına möhür vurmuşdur və onların gözlərində pərdə vardır. Onlara böyük bir əzab veriləcəkdir.”[6]

Bəzən də müvəqqəti olur. Belə halda ilkin halətə qayıtmaq, Allahı yada salmaq hissinin yenidən dirilmısi və nicat tapmaq yolu mövcuddur. Bu barədə Quranda deyilir: “Şübhəsiz, təqvalı olanlara Şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir Şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”.[7]

Allahı yaddan çıxarmağın səbəbləri:

1-      Şeytan Allahı yaddan çıxarmağın əsas səbəblərindən biridir. Bu barədə Quranda belə qeyd edilir: “Şeytan onlara hakim olub Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Agah ol ki, Şeytan firqəsi həmin ziyankarlardır”.[8]

Şeytanın bütün səyi bundan ibarətdir ki, Allaharayıcılıq sərmayəsini insanın əlindən alsın. Kim bu sərmayəni itirsə, özünü unutmuşdur.

2-      Dünyaya bağlılıq Allahı unutmağın əsas amillərindən biri sayılır. Çünki dünya öz çazibədarlığı və zər-zibası ilə insanların qəlbini ovsunlayıb, özünə vurğun edir. Elə buna görə də Həzrət Əli (ə) buyurur: “Allahın yanında olanlara dünyadan qırılmaqdan başqa bir yolla çatmaq olmaz”.[9]

3-     Günah və itaətsizlik Allahla insanın arasında asılmış bir pərdə kimidir. İnsanın Allahı və öz yaradılış mənşəyini unutmasına və qəflətə düçar olmasına səbəb olur. Bir kişi İmam Rıza (ə)-dan soruşur: Niyə görə Allah pərdə arxasındadır? İmam Rıza (ə) cavabında buyurur: İnsanların mürkətib olduğu çoxlu günahlara görə.[10]

Bütün bunlara rəğmən biz həmışə öz qəlbimizdə və cəmiyyətin arasında Allahın zikirini və yadını diri saxlamalıyıq. Allahın Quranda buyurduğu kimi – “O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır”[11] – Allahı yada salmaq hər bir şəkildə mümkün və müyəssərdür. Daha lazım deyildir ki, xüsusi bir şəkildə olsun. Bununla yanaşı, dinimizdə Allahı yada salmaq üçün bir sira metot və vasitələr də tanıdılmışdır. Onların bir necəsini sadalayırıq:

1-     Namaz. Quranda buyurulur: “Namazı Məni anmaq üçün qıl!”[12]

2-     Quranla ünsiyyət və əlaqə. Allah Quranda buyurur: “Sənə oxuduğumuz bu (hekayət), (sənin peyğəmbərliyinin doğruluğuna dəlalət edən) nişanə və ayələrdən, həmçinin bu yada salan və hikmətli kitabdandır”.[13]

3-     Yerlər və göylər (Allahın nişanələri) barəsində təfəkkür. Quranda buyurulur: «...göylərin və yerin yaradılışının sirləri barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: «Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) paksan (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru».[14]

4-     Allahın sifətlərini diqqət mərkəzində saxlamaq. Quranda buyurulur: “Şərq və qərb Allaha məxsusdur. Odur ki, (bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız Allahın üzü (səmti) oradır. Şübhəsiz Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”.[15] Allah hər yerdədir, demək hər hansı tərəfə üz tutsanız Allah oradadır. Sözün qısası: Özünə yiyə dur ki, hörmətsizlik etməyəsən.

Allahı anmaq və zikr etməyin insan həyatında çoxlu təsir və faydaları vardır. Onların bəziləri aşağıdakılardan ibarətdir:

1-      Uca Allahın göstərişlərinə itaət etməyi zəruri sanmaq.

2-      Haqqı qəbul, həqiqəti təsdiq etmək və Allahın zəif bəndələri qarşısında təvazökarlı olmaq.

3-      İbadət eşqi.

4-      Daxali aramlıq və əminliyə qovuşmaq.

5-     Allahın bəndəyə olan məhəbbətini cəlb etmək və...

Ümid edirik ki, hamı bu faydalardan bəhrələnəcəkdir.


[1] -Həşr surəsi, ayə 19; Tövbə surəsi, ayə 67, Yasin surəsi, ayə 78.


[2] - Casiyə surəsi, ayə 24.

وَ قالُوا ما هِیَ إِلاَّ حَیاتُنَا الدُّنْیا نَمُوتُ وَ نَحْیا وَ ما یُهْلِکُنا إِلاَّ الدَّهْرُ وَ ما لَهُمْ بِذلِکَ مِنْ عِلْمٍ إِنْ هُمْ إِلاَّ یَظُنُّونَ"

[3] -Səcdə surəsi, ayə 24.

[4] -Casiyə surəsi, ayə 34.

[5] - “Təfsiri-numunə”, c. 23, s. 541.

[6] - Bəqərə surəsi, ayə 7.


[7] - Əraf surəsi, ayə 201; Ali-İmran surəsi, ayə 135.


[8] - Mücadilə surəsi, ayə 19.

.

[9] - “Nəhcül-bəlağə”, xütbə 193.


[10] - Şeyx Səduq, “Ət-tövhid”, Cameül-müdərrisin Nəşriyyatı, Qum, 1978, s.252.


[11] - Ali-İmran surəsi, ayə 191.


[12] - Taha surəsi, ayə 14.

  

[13] - Ali-İmran surəsi, ayə 58.


[14] - Ali-imran surəsi, ayə 191.


[15] -Bəqərə surəsi, ayə 115.


SONRAKİ YAZI

Bənzər Olanlar