Paylaş
Facebook Twitter Google+

ALLAH ÖVLİYALARININ MÖVLUD BAYRAMLARINI QEYD ETMƏK ŞİRK VƏ BİDƏTDİRMİ?

Ramal Əmiraslanov

2019-09-17 07:29:52 2128 Məqalələr

Cavab: Allahın ləyaqətli bəndələrinin anadan olma günlərini bayram edib onların xatirələrini hörmətlə yad etmək düşüncəli şəxslərin nəzərində aydın bir məsələ olmasına baxmayaraq, bu zəmində olan hər cür şübhələri aradan aparmaq üçün onun şəriət nöqteyi-nəzərindən isbatını sizin nəzərinizə çatdırırıq.

1. Mərasimləri bərpa etmək onlara qarşı olan məhəbbəti bildirməkdir Qurani-Kərim müsəlmanları Peyğəmbərə və onun Əhli-beytinə məhəbbət bəsləməyə dəvət edir: «Ya Peyğəmbər! de ki: Mən sizdən bunun (risaləti təbliğ etməyin) müqabilində qohumlarıma məhəbbət bəsləməkdən başqa bir şey istəmirəm». «Şura» surəsi, 23-cü ayə. Şübhəsiz ki, Allah övliyalarının doğum günlərini keçirmək, camaatın onlara qarşı eşq-məhəbbətlərinin aşkar olmasıdır ki, bu da Qurana əsasən düzgün və qəbul olunmuş bir əməldir.

 2. Mərasimləri qeyd etmək peyğəmbərə ehti-ram etmək deməkdir. Qurani-Kərim Peyğəmbərə kömək etməkdən əlavə onun məqamını uca tutmağı da hidayət və səadətin meyarı olduğunu qeyd etmişdir: «Peyğəmbərə iman gətirib onu əziz tutan yardım göstərən və onunla (onun peyğəmbərliyi sayəsində) endirilmiş nurun ardınca gedənlər məhz onlar nicat tapanlardır!» «Əraf» surəsi, 157-ci ayə. Qeyd olunmuş ayədən yaxşı aydın olur ki, Peyğəmbəri əziz xatirəsini İslam dininə görə düzgün və bəyənilmiş bir əməldir. Peyğəmbərin əziz xatirələrini həmişə canlandıran və onun yüksək məqamını mədh edən mərasimlərin keçirilməsi Allahın rizayətinə səbəb olar. Çünki bu ayədə hidayət olunmuşların dörd xüsusiyyəti bəyan edilmişdir:a) İman; Peyğəmbərə iman gətirən şəxslər... b) Allahın Nurunun ardınca getmək: Peyğəmbərə nazil olmuş nurun ardınca gedənlər. v) Peyğəmbərə kömək etmək; Ona kömək edənlər. q) Peyğəmbərə ehtiram etmək və onun məqamını uca tutmaq Onu əziz tutanlar. Buna görə də Peyğəmbərə iman gətirib kömək etmək və fərmanlarını yerinə yetirməkdən əlavə, ona ehtiram və təzim etmək vacibdir. Həmçinin Peyğəmbərin xatirəsini yaşatmaq Allaha itaət etməkdir.

3. Mərasimləri qeyd etmək Allahın dediklərinə itaət etməkdir Allah-taala Qurani-məciddə Peyğəmbəri mədh edərək belə buyurur: «Sənin ad-sanını şan-şöhrətini ucaltdıq». «İnşirah» surəsi, 4-cü ayə. Bu mübarək ayəyə görə aydın olur ki, Allah-taala Peyğəmbərin ad-sanının və şan-şöhrətinin dünyada artmasını istəyir və Özü də Quranın bir sıra ayələrində Peyğəmbəri mədh edir. Biz də Allahın Kitabında yazılanlara itaət etməklə fəzilət və kamillik nümunəsi olan Peyğəmbərimizin yüksək məqamını mədh etmək üçün mərasimlər keçirməklə Allaha itaət etməyimizi təntənəli aşkar edirik. Aydındır ki, müsəlmanların bu mərasimləri keçirməkdə məqsədləri yalnız Peyğəmbərin ad-sanını və şan-şöhrətini ucaltmaqdır.

4. Vəhyin nazil olması maidənin (geniş bir süfrənin) nazil olmasından az əhəmiyyət kəsb etmir Qurani-məcid Allahın peyğəmbəri İsa (ə)-ın dilindən belə hekayət edir: «Məryəm oğlu İsa dedi: «Ya Allah, ey bizim Rəbbimiz, bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver, çünki Sən ruzi verənlərin ən yaxşısısan!» «Maidə» surəsi, 114-cü ayə. Həzrət İsa Allahdan istəyir ki, onlara göydən bir süfrə göndərsin ki, onun nazil olma gününü özlərinə bayram etsinlər. Burada soruşuruq: Əgər əziz bir peyğəmbər yalnız insan orqanizminin ləzzət almasına səbəb olan süfrənin (maidənin) Allah tərəfindən nazil olmagününü bayram edirsə, əgər indi müsəlmanlar insanlara nicat verən vəhyin nazil olma gününüvə ya əziz Peyğəmbərimizin anadan olma gününü şənlik mərasimi qurub onu bayram etsələr necə şirk və bidət olar?

5. Müsəlmanların həyat tərzi Müsəlmanlar Peyğəmbərin xatirəsini yada salmaq üçün bu cür mərasimləri əvvəllər də keçirirdilər. Hüseyn ibni Məhəmməd Diyarbəkri «Tarixul-xəmis» kitabında belə yazır: «Dünya müsəlmanları Peyğəmbərin anadan olduğu ayı həmişə bayram edib qonaqlıq verir və o ayın gecələrində sədəqə verib şadlıq edirlər. Həmçinin, cürbəcür yaxşılıqlar edir və onun doğulduğu haqda mədhiyyə oxuyurlar. Onun bərəkət və rəhmətləri hamıya aşkar olur. Bu bəyanla Allah övliyalarının xatirələrini və doğum gününü yada salma mərasimlərinin Qurana və müsəlmanların həyat tərzinə caiz və düzgün olması ümumi şəkildə aşkar olur. Həmçinin, Allahın dərgahının əzizlərinin xatirələrini yada salmağı bidət hesab edənlərin sözlərinin əsassız olması aydın olur. Çünki bidət odur ki, onun düzgün olması xüsusi və ya ümumi şəkildə Qurandan və sünnətdən istifadə olunmasın. Halbuki qeyd olunmuş məsələnin ümumi hökmü Quran ayələrindən və müsəlmanların həyat tərzi və üslublarından aydın şəkildə ələ gəlir. Həmçinin, bu mərasimlərin keçirilməsi yalnız Allahın ləyaqətli bəndələrinə və onların Allaha ehtiyacları olmalarından irəli gəlir. Buna görə də qeyd olunmuş əməl tovhidin mahiyyəti və Allahın yeganəliyi ilə tam uyğundur. Beləliklə, Allah övliyalarının xatirəsini əziz tutma mərasimlərinin keçirilməsini şirk və iki Allahlığa səbəb olduğunu iddiaedənlərin sözlərinin əsassız olduğu aydın olur.

Allah övliyaları-ის სურათის შედეგი

 

Bənzər Olanlar