Paylaş
Facebook Twitter Google+

Allah-Taala Nuhun (ə) duasını qəbul etmədi!

Yusif Əliyev

2015-03-23 19:35:38 1304 Üsuliddin Nübuvvət

İlk ülul-əzm peyğəmbər olan Nuhun (ə), öz tayfasından çəkdiyi əzab-əziyyət Qurani-kərimdə geniş şərh olunmuşdur. «Biz səni ancaq özümüz kimi bir insan sayırıq» deyən bu tayfa o qədər azğınlaşımışdı ki, hətta «qorxutduğun əzabı gətir görək»-deyə meydan oxuyurdu. Nəhayət, Allahın əzabı nazil olur və Allah-təala «zülm edənlər barədə mənə müraciət etmə, çünki onlar suda boğulacaqlar»,-deyə Nuha (ə) qarşıdakı əzab barədə məlumat verir.

Nuhun gəmi düzəltdiyini görən tayfa onu məsxərəyə qoyur, hətta doğma oğlu bu işi istehza ilə qarşılayır. Allahın əmri ilə hər heyvandan bir cüt və ailə üzvlərini gəmiyə götürən Nuh (ə) oğlunu dəvət etdikdə, belə cavab alır: «Mən bir dağa sığınaram, o da məni qoruyar»(«Hud» surəsi, ayə 43.). 

Su yer üzünü bürüyüb, gəmini öz ağuşuna aldıqca, əzaba düçar olan tayfa dalğalar altında görünməz olur. Oğlunu əzaba düçar olanlar içində görən Nuhun qəlbində atalıq hissi baş qaldırır. Allah dərgahına üz tutub deyir: «Pərvərdigara, oğlum mənim ailəmdəndir. Sən mənim ailəmi bu tufandan xilas edəcəyini vəd vermişdin». İstəyinə müsbət cavab alacağını ümid edən Nuh peyğəmbərə buyurulur: «O sənin ailəndən deyildir. O qeyri-saleh bir əməldir. Elə isə bilmədiyin bir şeyi məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm».(«Hud» surəsi, ayə 46.) 

Bir an atalıq hissinə qapılmış Nuh, dərhal peşman oldu və Allahdan bağışlanmaq dilədi. Əslində, Allahdan istənilən bir şəxsin bağışlanmasını istəmək günah deyildir. Nuh da bir insanın bağışlanmasını dua etmişdi. Onun duasının qəbul olunmaması, Allah-təalanın bütün işlərdə ədalətə istinad etməsindəndir. Günah uçurumuna yuvarlanmış, hətta qeyri-saleh əməl adlandırılmış bir şəxs, olduqca həssas bir məqamda bağışlana bilməzdi. Hoccətul İslam Yusif Əliyev.

Mgeo.ge



Bənzər Olanlar