Paylaş
Facebook Twitter Google+

Allah-Taalanın Həzrət Davuda (ə) beş tövsiyəsi

 Bir hədisi-qüdsiyə əsasən, Allah-Taala Həzrət Davuda (ə) belə vəhy edir:
 
يَا دَاوُدُ، إِنِّي وَضَعْتُ خَمْسَةً فِي خَمْسَةٍ، وَ اَلنَّاسُ يَطْلُبُونَهَا فِي خَمْسَةٍ غَيْرِهَا فَلاَ يَجِدُونَهَا: وَضَعْتُ اَلْعِلْمَ فِي اَلْجُوعِ وَ اَلْجَهْدِ وَ هُمْ يَطْلُبُونَهُ فِي اَلشِّبَعِ وَ اَلرَّاحَةِ فَلاَ يَجِدُونَهُ، وَ وَضَعْتُ اَلْعِزَّ فِي طَاعَتِي وَ هُمْ يَطْلُبُونَهُ فِي خِدْمَةِ اَلسُّلْطَانِ فَلاَ يَجِدُونَهُ، وَ وَضَعْتُ اَلْغِنَى فِي اَلْقَنَاعَةِ وَ هُمْ يَطْلُبُونَهُ فِي كَثْرَةِ اَلْمَالِ فَلاَ يَجِدُونَهُ، وَ وَضَعْتُ رِضَائِي فِي سَخَطِ اَلنَّاسِ وَ هُمْ يَطْلُبُونَهُ فِي رِضَا اَلنَّفْسِ فَلاَ يَجِدُونَهُ، وَ وَضَعْتُ اَلرَّاحَةَ فِي اَلْجَنَّةِ وَ هُمْ يَطْلُبُونَهَا فِي اَلدُّنْيَا فَلاَ يَجِدُونَهَا.
 
“Ey Davud! Mən beş əməli beş əməldə qoyduğum halda, insanlar onları digər beş əməldə axtarırlar, amma tapa bilmirlər:
 
1. Elmi aclıq və çalışqanlıqda qoyduğum halda, insanlar onu toxluq və rahatlıqda axtarırlar, amma tapa bilmirlər;
 
2. İzzət və başıucalığı Mənə itaətdə qoyduğum halda, insanlar onu hökmranlara itaətdə axtarırlar, amma tapa bilmirlər;
 
3. Zəngin və ehtiyacsızlığı qənaətdə qoyduğum halda, onu mal-dövlətin çoxluğunda axtarırlar, amma tapa bilmirlər;
 
4. Öz razılığımı insanların özlərindən narazı olduqlarında qoyduğum halda, insanlar onu öz razılıqlarında axtarırlar, amma tapa bilmirlər;
 
5. Rahatlıq və asayişi cənnətdə qoyduğum halda, insanlar onu dünyada axtarırlar, amma tapa bilmirlər.”
 
(“Biharul-ənvar”, 78-ci cild, səh.453; “Məcmueyi-Vərram”, 1-ci cild, səh.50.)- Maide.az – Maarif bölümü

Allah-Taalanın Həzrət Davuda (ə) beş tövsiyəsi

Bənzər Olanlar