Paylaş
Facebook Twitter Google+

Hz Nuhun (ə) Nuh adlanmasının səbəbi nədir?!

1. İmam Sadiqdən (əleyhissəlam) belə nəql olunmuşdur: “Nuhun (əleyhissəlam) adı “Əbdül-Ğəffar” olmuşdur. O, öz halına (çoxlu ağlamış və) növhə söylədiyinə görə “Nuh” adlandırılmışdır.

2. Həmçinin İmam Sadiqin (əleyhissəlam) belə buyurduğu nəql olunmuşdur: “Nuhun adı “Əbdül-Məlik” idi. O, beş yüz il ağladığına görə “Nuh” adlandırılıb”.

3. İmam Sadiqin (əleyhissəlam) belə dediyi rəvayət olunmuşdur: “Nuhun adı “Əbdül-Əla” olmuşdur. Ona beş yüz il ağladığına görə “Nuh” deyilib”.

Qeyd: Bu kitabın müəllifi demişdir ki, Nuhun (əleyhissəlam) adı ilə əlaqədar yuxarıdakı rəvayətlər bir-birinə uyğundur və aralarında ziddiyyət yoxdur, çünki onun adı bəndəçiliklə qeyd edilmişdir (yəni adının əvvəlində “əbd” (bəndə) sözü vardır) və o, “Əbdül-Ğəffar”, “Əbdül-Məlik” və “Əbdül-Əla”- dır.

[Şeyx Səduq (r). İləluş-Şəraye.cild.1.səh.42]

Asiman Rafizi Kurbanov adlı şəxsin şəkli.

Bənzər Olanlar