Paylaş
Facebook Twitter Google+

Həzrət Davudun (ə) çıxartdığı qeyri-adi hökm!

Həzrət Davudun (ə) zamanında yoxsul bir kişi vardı ki, Allahdan uzun zaman idi ki, halal ruzi istəyirdi. Bir gün bir inək evinin qapısını sındırıb içəri girdi. O, da duasının qəbul doluğunu zənn edib, həmin inəyin başını kəsdi. Ətini kabab edib yedilər.

İnəyin sahibi onu axtarmağa başlayır və nəhayət gəlib yoxsulun evinə çıxır və başa düşür ki, bu yoxsul kişi onun inəyini kəsmişdir. Onu Həzrət Davudun (ə) yanına aparır. Davud (ə) yoxsul kişidən bu əməlin səbəbini soruşur. Həmin kişi deyir: “Mən yeddi ildir ki, dua edirəm Allah mənə halal ruzi mərhəmət etsin. O zaman ki, bu inək qapını sındırıb içəri girdi, öz-özümə dedim ki, duam qəbul olmuşdur. Ona görə də başını kəsib ailəmlə birlikdə ətindən yedik”. (Tebyan)

Davud (ə) inəyin sahibinə dedi: “Şikayətini geri götür”.

İnəyin sahibi etiraz etdi və onun bu hökmü verməyindən şikayət etdi. Davud (ə) dedi: “Bundan başqa malik olduğum malın yarısını ona ver”.

Bu zaman inəyin sahibi daha çox əsəbləşdi.

İnsanların arasına səs-küy düşdü. Davud (ə) bu insanlarla birlikdə yoxsul kişinin atasının qəbrinə tərəf getdilər. Davud (ə) onu diritdi və ölmək səbəbini soruşdu. Həmin kişi də dedi ki, inəyin sahibi mənim qulum olmuşdur. O, məni öldürdü və malik olduğum var-dövləti əlinə keçirtdi”. Beləliklə, məlum oldu ki, bu mal yoxsul kişiyə aid imiş./Deyerler.

Bənzər Olanlar