Paylaş
Facebook Twitter Google+

Nəfsimizi kontrol etməyi Həzrət Yusif (ə) kimi istəyək!

Quran bizə bir çox dastanları ilə ibrət dərsi vermişdir. Bu dastanlardan biri də Yusif peyğəmbərin (ə) dastanıdır ki, Həzrət Yusif (ə) şəhvət və nəfsinə qalib gəlmək üçün Allahdan yardım istəyir. Bu dastan, Quranın ən gözəl dastanı kimi məşhur olmuşdur.

Quran buyurur ki, Yusif (ə) öz nəfsinə qalib gəlməkdə siddiq məqamına çatmışdı. Yəni, o həm zahirdə və həm də batində həqiqi mömin idi.

Nə zaman Züleyxa ona fitnə qurur, o, Allaha xitab edərək buyurur: “(Yusuf) dedi: «Ey Rəbbim, mənim üçün zindan bunların məni dəvət etdiklərindən daha xoşdur və əgər bu qadınların məkr və hiyləsini məndən dəf etməsən, onlara meyil edər və nadanlardan olaram»”. (“Yusif” 33).

 

Həzrət Yusifin (ə) Allahdan yardım istəməsi səbəb oldu ki, şəhvətinə məğlub olmaq yerinə, xilas oldu. Düzdür ki, onun xilası zindan imtahanı ilə oldu. O, zindanı Misirin vəziri olmaqdan üstün tutur. Çünki zindan ona iffətli və pak halda ibadət etmək və Allaha bəndə olmaq üçün imkanlar vermişdi. Hər nə qədər çətin və əziyyətli olsa da, nəfsinə qalib gəldiyi üçün Həzrət Yusif (ə) çox xoşbəxt idi.

 

İslam Peyğəmbəri (s) bu haqda buyurur: “Qiyamət günü kölgə olmayacaqdır ki, bəndələrin üzərində olsun, məgər Allahın rəhmət kölgəsindən başqa.

(Qiyamət) günü bir cavanı görəcəyəm ki, hər bir əziyyətdən uzaqda Allah Təalanın rəhmət kölgəsi altında olacaqdır. O halda ki, nə peyğəmbərdir, nə İmam. Nə peyğəmbər övladıdır, nə də İmam övladı.


O, adi bir cavandır. O cavan o kəsdir ki, yolunun üstündə gözəl qadın qərar tutur və onu günaha dəvət edir. Ancaq o, həmin dəvətə müsbət cavab vermir. Həqiqətdə onun üçün günah zəminəsi hazır idi.

 

Ancaq o, nəfsini cəzalandırdı və günaha düçar olmadı. O cavan bu dəvətin qarşısında həmin qadına dedi: “Baxmayaraq ki, mənim də şəhvətim vardır, ancaq Allah Təala məqamında bu günahı yerinə yetirməkdən qorxuram”.  Allah hər birimizə nəfsinə qalib gəlmək tövfiqi versin! Bu tövfiqi isə dualarımızda gərək Allahdan istəyək./Deyerler.

Bənzər Olanlar