Paylaş
Facebook Twitter Google+

Qurani-Kərim kimləri zirək adam adlandırır?

Əgər insanın dünyaya bağlantısı olsa və küfr edərək İlahi rizaya çata bilməsə - həqiqi ziyan edənlərdən olar. Yəni, həm dünyasını itirər və həm də axirətini. “Həqiqətən kafir olub küfr halında (kafir olaraq) ölmüş kəslərin heç birindən öz canlarının qurtulması üçün hətta yer üzünün tutumu qədər qızıl versələr belə, qəbul olunmayacaqdır. Onlar üçün ağrılı bir əzab vardır və onlara bir kömək edən (də) olmayacaqdır”. (“Ali-İmran” 91).

O kəs ki, aqildir, onun üçün dünya və axirətin fərqi olmamalıdır.

Çünki dünyanın maddi imkanlarından faydalandığı kimi, axirətini də unutmaz. Allah Təala bu cür insanlar haqqında buyurur: “Onlardan bəzisi deyər: «Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq əta et, axirətdə də yaxşılıq əta et və bizi (Cəhənnəm) odun(un) əzabından qoru»”. (“Bəqərə” 201).

Qurani-Kərim bu cür insanları zirək adlandırmışdır. Bu cür insanlar həyatlarını elə yaşayırlar ki, həm dünyadan faydalanırlar, həm də axirətlərinin xeyirli olması üçün çalışırlar.

İmam Hadi (ə) buyurur: “Dünya elə bazardır ki, orada bəzi insanlar mənfəət əldə edər, bəziləri ziyan”.

Əgər insan diqqət etsə ki, Allah bu dünyanı nə üçün xəlq etmişdir, o zaman boynunda olan məsuliyyəti hiss edər və başa düşər ki, dünya insan üçün xəlq olmuşdur, insan dünya üçün deyil. “Yer üzündə olanların hamısını sizin üçün yaradan, sonra isə səmaya (onun yaradılışına) başlayan, beləliklə onları (hikmətə uyğun və yaradılışında heç bir nöqsan olmadan) yeddi səma halında nizama salan Odur. O, hər şeyi biləndir”. (“Bəqərə” 29).

Yəni, insan dünyadan elə istifadə etməlidir ki, bacardığı qədər Allahın razılığını əldə edə bilsin. Əgər insan ömrünü ancaq dünya nemətinə çatmaq üçün xərcləyərsə, axirətini düşünməzsə - ziyan edər. (Tebyan)

Dünyanın xoşluqları tez keçəndir, əbədi olan isə axirətdir. Axirət həyatı dünyaya bənzəməz. Əgər insan axirətini dünyasına satarsa, axirətdə əliboş qalar və ən böyük ziyan edənlərdən olar.

İmamın (ə) da buyurduğu kimi bu dünya bir bazardır, ona görə də ondan mənfəət qazanmağa çalışaq, ziyan etməyə deyil./Deyerler.

Bənzər Olanlar