Paylaş
Facebook Twitter Google+

Səhabə Miqdadın Rahatlıq evi dedikdə məqsəd nədir sualını Peyğəmbər (s) belə cavablandırdı?!

Həzrət Peyğəmbər (s) Qurani-Kərimin uca məqamı barəsində buyurmuşdur: “Ey insanlar! Siz sülh və hüzur evində yaşayırsınız. Halbuki, səfər miniyinin üzərində qərar tutmusunuz.
Sizin hərəkətə gəlməyiniz çox tez baş verər. Şübhəsiz ki, gecəni, gündüzü, Günəşi və Ayı görmüsünüz ki, hər təzəni köhnəldər, hər uzağı yaxın edər, hər vədəni həyata keçirdər. Ona görə də səfər vasitələrini uzun yol üçün hazırlayın”.   Miqdad ayağa qalxır və deyir: “Ey Allahın Rəsulu! Rahatlıq evi nədir?”.

Həzrət (s) buyurur: “Məqsədə çatmaq və dünyadan ayrılmaq üçün azuqə əldə etmək evidir. Ona görə də o zaman ki, fitnələr sizi əhatə edər, şübhəyə salar, Quran ilə söhbət edin. Çünki o, şəfaəti qəbul edən və şikayəti təsdiq edəndir.

Hər kim onu öz qarşısında qərar verərsə, o kəsi behiştə tərəfə çəkər.  Hər kim onu arxa tərəfindən qərar verərsə, onu atəşə tərəfə aparar.
 

Quran – yeganə yol göstərəndir ki, ən yaxşı yollarla hidayət edər. O, elə kitabdır ki, təfsir, sözlərin izahatı mövcuddur. O, yeganə qəti və ciddi sözdür ki, zarafatla bir yerdə olmaz.

Onun zahiri və batini vardır. Zahiri – hökm və batini – elmdir. Zahiri çox cazibəli və batini gizlidir.  Onun kökləri vardır və hiss olunmayan möcüzələri köhnəlməz. Onda hidayət çıraqları və hikmət nuru qərar tutar.

(Quran) həqiqəti tanımağa yol göstərəndir. Quranın sifətlərini tanımaq üçün hər bir araşdırmaçı baxışlarını hərəkət gətirməli və diqqətini Quranın sifətlərinə tərəf yönəltməlidir ki, nəticədə həlak olmaqdan nicat tapsın. Çünki Quran barəsində təfəkkür etmək, agah insanın qəlbinin canlanmasına səbəb olar.

Quranın elə həqiqətləri vardır ki, sözdən daha üstündür ki, Qiyamət günü ən gözəl şəkildə cilvələnəcəkdir. Gözəllik və əzəməti cəhətdən bütün müsəlmanlardan, şəhidlər, peyğəmbərlər (ə) və yaxın mələklərdən daha öndədir. İlahi qürb məqamının ən qabaq sırasında qərar tutar.

Quran, əhlinin şəfaəti ilə məşğul olar. Hər mömini, Qurana əməl etdiyi qədər behişt dərəcələrindən (olan) dərəcəyə hidayət edər--/Deyerler.

Bənzər Olanlar